ABB rəqəmsal bankçılıqda lider seçildi

ABB rəqəmsal bankçılıqda lider seçildi

Bankların rəqəmsal inkişaf səviyyəsinin müəyyənləşdirilməsi sahəsində dünyanın ən böyük araşdırması olan "Deloitte Digital Banking Maturity 2024" (DBM-2024) hesabatı yayılıb.

 

Sfera.az bildirir ki, müştərilərə ən yaxşı rəqəmsal təcrübə təqdim etməyi əsas strateji hədəflərindən elan etmiş ABB də hesabatın nəticələrinə görə müxtəlif meyarlar əsasında ölkə üzrə lider mövqedə qərarlaşıb. DBM hesabatlarının hazırlanmasında məqsəd bankların rəqəmsal kanallar üzrə inkişaf səviyyəsini ölçmək, onları qlobal və regional səviyyədə müqayisə etmək, ən yaxşı təcrübələri ortaya çıxarmaqdır.

 

Araşdırmalarda bankların müştəriyönümlü rəqəmsal strategiyaları, innovativ həll yolları və rəqəmsal xidmətlərdə üstünlük verdikləri əsas trendlər təhlil olunur. Beləliklə, bankların hansı strategiyalarla uğur qazandıqları göstərilir. Eyni zamanda, innovativ texnologiyaların bank sektoruna təsirlərinə diqqət yönəlir. Araşdırmalar ölkələr və regionlar üzrə böyük, orta, kiçik bankların rəqəmsal təcrübələri əsasında aparılır. Məlumatlar kənar və müstəqil qiymətləndiricilər tərəfindən 1005 funksionallıq üzrə müştəri təcrübələrinə əsaslanan açıq mənbələrdən toplanır. Bu funksionallıqlar həmçinin, bankların rəqəmsal kanallarını, yəni mobil bankçılığı, İnternet Bankçılığı da əhatə edir.

 

DBM-2024 araşdırması dünyanın 44 ölkəsindən 349 bankı əhatə edib. Bu zaman 6 əsas istiqamət üzrə suallar cavablandırılıb. Bura “Məlumatlılıq, “Hesab açmaq”, “Müştəriyə tanıtım”, “Gündəlik bankçılıq”, “Bankdankənar xidmətlər”, “Hesabın bağlanması” istiqamətləri daxildir. Bu istiqamətlərin hər biri üzrə toplanmış ümumi ballara əsasən, rəqəmsallaşma sahəsində lider bankların qlobal reytinqi hazırlanıb. ABB də müxtəlif meyarlar üzrə ən yüksək balları toplayaraq ölkə üzrə lider banklar qrupunda qərarlaşıb.

 

DBM-2024 hesabatı və araşdırmanın ümumi nəticələrini şərh edən məqalə ilə buradan tanış ola bilərsiniz. ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


OXŞAR XƏBƏRLƏR

Tanınmış vəkil vəfat etdi - FOTO

Özbəkistanda yaşayan soydaşımız, bu ölkənin Sırdərya vilayətindəki Azərbaycan Mədəniyyət Mərkəzi sədrinin müavini, vəkil, şair Əli Nəsirli 11 iyul 2025-ci ildə ...

Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər – Məhkəmə

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...

Avropa Bakı-İrəvan danışıqlarını İZLƏYİR

Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionundakı vəziyyəti diqqətlə izləyir.   Sfera.az xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Avropa İtti...