Prezident: "Çin şirkətləri Azərbaycana investisiya yatırmaqda maraqlıdır"

Prezident: "Çin şirkətləri Azərbaycana investisiya yatırmaqda maraqlıdır"

İndi Çin şirkətləri təkcə xidmət və texnologiyaların təmin edilməsində yox, həmçinin Azərbaycana investisiya yatırmaqda maraqlıdırlar və bu proses artıq gedir.

 

Sfera.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində deyib.

 

Dövlət başçısı vurğulayıb ki, COP29-da Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizinin dibi ilə enerji kabelinin çəkilməsi barədə bir müqavilə imzalanıb:

 

"Beləliklə, biz Mərkəzi Asiya ilə Azərbaycanı və potensial olaraq Çini enerji kabeli ilə bir-biri ilə bağlayacağıq. Digər bir layihədə belə bir kabel xətti Qara dənizin dibi ilə Azərbaycandan Avropaya uzanacaq".

 

Prezident qeyd edib ki, bu, növbəti bir bağlantı layihəsidir:

 

"Bu, yaşıl enerji üçün bir dəhlizdir və onun nəhəng potensialı var. Çünki Azərbaycanın külək və Günəş enerjisi potensialı artıq bəllidir və bu, bizim təsəvvürə gətirə biləcəyimizdən qat-qat artıqdır. Beləliklə, bizə bazarlar, texnologiya və əməkdaşlıq lazımdır. Çünki qonşu ölkələr arasında əməkdaşlıq olmadan bu layihələrin icrası mümkün deyil. Beləliklə, potensial buradadır və siz qeyd etdiyiniz kimi, Azərbaycan yaşıl keçiddə çox fəal rol oynayır".


OXŞAR XƏBƏRLƏR

Ukrayna Berlin kimi bölünəcək? – Trampın elçisindən qəribə açıqlama

“Ukraynada İkinci Dünya müharibəsindən sonra Berlində olduğu kimi bir Rusiya bölgəsi, bir Fransız bölgəsi və bir İngilis bölgəsi formalaşdırmaq olar&rdquo...

İlham Əliyev nəvələri ilə birlikdə idman edərkən görüntüləndi - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın övladları Əli və Mikayıl Ağalarovlar babaları, Azərbaycan Prezidenti İlham Əliyevlə idman zalından mara...

Messi gələcəyi ilə bağlı QƏRAR VERDİ

İlin sonunda "İnter Mayami" ilə müqaviləsi başa çatan Lionel Messi gələcəyi ilə bağlı qərarını verib.     Sfera.az xəbər verir...

Bakıda maşın maneəyə çırpıldı, 2 nəfər xəsarət aldı - FOTO

Bakıda maşın maneəyə çırpılıb, 2 nəfər xəsarət alıb.   Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli Sf...

"Beşiktaş"da maliyyə böhranı dərinləşir: Borc 15 milyardı ötdü

Türkiyənin ən köklü və uğurlu futbol klublarından olan "Beşiktaş" son illərdə ciddi maliyyə çətinlikləri ilə üzləşib. Klubun 31 dekabr 2024-cü il tari...

Azərbaycan futboluna AĞIR İTKİ - FOTO

Şimal Regional Futbol Federasiyasının prezidenti, "Sumqayıt" Futbol Klubunun Müşahidə Şurasının üzvü, futbol veteranı Abdulla Məmmədov vəfat edib. ...