Logo

FAO: 2024-cü ilin yanvarında ərzaq qiymətləri 6,2 faiz yüksəlib

FAO: 2024-cü ilin yanvarında ərzaq qiymətləri 6,2 faiz yüksəlib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) tərtib etdiyi dünya ərzaq qiymətləri indeksi yanvarda dekabr ayına nisbətən azalaraq 124,9 olub.

Sfera.az FAO-ya istinadən xəbər verir ki, son bir ayda ərzaq qiymətləri ensə də, son bir ildə rəqəmlər 6,2 faiz yüksəlib.

Yanvarda dekabra nisbətən ucuzlaşma şəkər qiymətlərin 6,8 faiz və bitki yağlarının 5,6 faiz enməsi ilə bağlıdır.

Şəkər qiymətləri son bir ildə də azalıb. Şəkərdə ucuzlaşma 18,5 faizi ötüb. Amma bitki yağlarının dəyəri bir il ərzində 25 faiz artıb.

Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR