"Azər Türk Bank" istehlak kreditləri üzrə yeni kampaniya BAŞLATDI
Dövlət bankı Azər Türk Bank istehlak kreditləri üzrə yeni kampaniyaya başlayıb.
Sfera.az xəbər verir ki, kampaniya ərzində fiziki şəxslərə illik faiz dərəcəsi 11%-dən başlayan kreditlər təklif edilir. Komissiya 0% olacaq. Eləcə də, müştərilər 24 ayadək olan kreditləri illik faiz dərəcəsi 14,5% həcmində olmaqla əldə edə biləcəklər.
Qeyd edək ki, iki ilədək olan müddətə götürülən kreditlər üzrə komissiya 0,5%-dir. 36 və 48 ayadək olan kreditlər bank tərəfindən illik faiz dərəcəsi, müvafiq olaraq, 15,5%, 16,5% səviyyəsində rəsmiləşdiriləcək. Hər bir şəxsin orta aylıq rəsmi gəlirindən asılı olaraq, zaminlə və ya zaminsiz ala biləcəyi kreditin maksimal məbləği 40 000 manatdır.
Azər Türk Bankın internet səhifəsində krediti asanlıqla online sifariş vermək mümkündür. Kampaniya 2025-ci il 28 fevral daxil olmaqla, həmin tarixədək davam edəcək.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı //atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945 yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.