“Kontakt” Şuşaya yol açır – QARABAĞDA YENİ İMKANLAR

“Kontakt” Şuşaya yol açır – QARABAĞDA YENİ İMKANLAR

Bütün yollar Qarabağın ürəyinə - Şuşaya aparır. Ona görə də, sevindirən şəbəkə “Kontakt” artıq sadəcə bir klik və ya zənglə 30 000-dən çox məhsulu birbaşa Şuşaya çatdıraraq bu qədim torpaqlara müasir imkanları gətirir.

 

Daha dəqiq desək, elektronika, məişət texnikası, mebel, tekstil, kosmetika, şəxsi baxım məhsulları, musiqi alətləri və hətta təmir-tikinti avadanlıqları – Qarabağda yaşayışın bərpa olması üçün lazım olan hər şey kontakt.az və ya *6060 Çağrı Mərkəzi vasitəsilə asanlıqla birbaşa ünvana sifariş edilə bilər. Həm nağd, həm də sərfəli hissəli alış şərtləri ilə!

 

Üstəlik, Şuşa “Kontakt”ın Qarabağa çatdırılma etdiyi ilk dayanacaq deyil. Şəbəkə artıq 2 ilə yaxındır ki, Laçın, Zəngilan, Cəbrayıl və Qubadlı bölgələrinə onlayn məhsul çatdırır. Ən çox sifariş edilən məhsullar arasında böyük və kiçik məişət texnikası, mebeller yer alır. Bu isə o deməkdir ki, əzəli torpaqlarımızda insanlar evlərini yenidən qurulur, öz yurdlarından əvvəlki rahatlığa qovuşurlar. Qarabağa geridönən əhalinin şəxsi ehtiyaclarını qarşılayan, evlərini bəzəyən əşyaları isə “Kontakt” xüsusi qürürla çatdırır və həmin məhsullara isə ekstra həssaslıqla yanaşır. 

 

Qeyd edək ki, “Kontakt” mağazalar şəbəkəsi illərdir “Qarabağ Proqramı” çərçivəsində müxtəlif vətənpərvərlik layihələri keçirməklə yanaşı, fəaliyyət istiqamətinin Qarabağın hər guşəsini əhatə etməyi və bu torpaqlarda yaşayan hər bir insanın həyatını asanlaşdırmağı hədəfləyir. Bu tip addımları ilə vətənpərvərlik missiyasını güclü şəkildə davam etdirən “Kontakt” hər kəsi Qarabağın dirçəldilməsində həmrəy olmağa çağırır. 

 

“Qarabağ Proqramı” çərçivəsində həyata keçirilən layihələrdə buradan tanış ola bilərsiniz.  
 


OXŞAR XƏBƏRLƏR

Qızılı olanlara VACİB XƏBƏR: Qiymət REKORDA ÇATDI

Son günlər qızılın qiymətində yeni rekord göstəricilər qeydə alınıb. İlk dəfə olaraq bir troya unsiya qızılın dəyəri 2900 dollar həddinə çatıb. Proqnozlaşdırılı...

Bakıdakı “Rus evi” bağlanır- Rusiyaya bildiriş göndərildi

Azərbaycan tərəfi “Rossotrudniçestvo” agentliyinin ölkə ərazisində fəaliyyətinə xitam verilməsi barədə diplomatik kanallar vasitəsilə Rusiyaya rəsmi...

Yunanıstan parlamenti yenidən prezident seçə bilmədi

Yunanıstan parlamenti səsvermənin üçüncü turunda da ölkə prezidentini seçə bilməyib, namizədlərdən heç biri deputatların ümumi səsinin zəruru olan 3/5 hissəsini...

Daha bir təyyarə qəzası - 4 nəfər həlak oldu

Filippinin cənubunda şəxsi “Beech King Air 350” təyyarəsi qəzaya uğrayıb.   Sfera.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəti...

Biləsuvarda avtomobillər toqquşdu - 5 yaralı VAR

Biləsuvar rayonunda ağır yol-nəqliyyat qəzası baş verib.   Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə köhnə Bakı-Astara mag...

Gürcüstan etiraz aksiyaları ilə bağlı cərimələri artırdı

Gürcüstan parlamenti İnzibati Xətalar Məcəlləsinə etiraz aksiyalarında pozuntulara görə cərimələrin dəfələrlə artırılmasını nəzərdə tutan dəyişiklikləri birinci...