Logo

Azərbaycanda bu iki ərazi üzrə bərpa layihələrinə 17 milyard manat xərclənib

Azərbaycanda bu iki ərazi üzrə bərpa layihələrinə 17 milyard manat xərclənib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2021-ci ildən 2025-ci ilə qədər olan dördillik dövrdə Azərbaycanın dövlət büdcəsinin vəsaiti hesabına Qarabağ və Şərqi Zəngəzurun bərpasına 17 milyard manata yaxın pul xərclənib.

Sfera.az xəbər verir ki, dövlət 2021-ci ildən başlayaraq işğaldan azad edilən ərazilərin bərpasına vəsait ayırır.

İşğaldan azad edilən ərazilərin bərpasına 2021-ci ildə 2,178 milyard manat, 2022-ci ildə 4,315 milyard manat, 2023-cü ildə 5,588 milyard manat vəsait ayrılmışdı. 2024-cü ildə bu məqsədlə daha 4,83 milyard manat xərclənib. Dörd il ərzində ayrılan vəsaitin məbləği 16,9 milyard manatı ötüb.

Ümumilikdə, Böyük Qayıdışa dair I Dövlət Proqramının həyata keçirilməsi üçün 30,5 milyard manat vəsait lazımdır. I Dövlət Proqramı 2026-cı ilin sonuna qədər icra edilərək başa çatdırılmalıdır. Maliyyə Nazirliyinin 2023-cü ildə açıqladığı məlumata əsasən bu qədər vəsaitin 22,4 milyard manatının dövlət büdcəsindən, qalan hissəsinin digər mənbələrdən xərclənməsi planlaşdırılıb.

2021-2024-cü illərdə dövlət büdcəsindən artıq 16,9 milyard manat xərclənib və bu, 2021-2026-cı illərdə nəzərdə tutulan büdcə xərclərinin 75,4 faizini təşkil edir.

Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR