Ədliyyə Nazirliyinin hərbi qulluqçuları və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları artırılıb
İqtisadiyyat
17:15 / 27.01.2025
3112
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb.
Sfera.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Nazirlər Kabinetinə Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Ədliyyə və Maliyyə nazirlikləri bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Bu Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.