Unibank “Əjdaha” lotereyasının qaliblərinə hədiyyələri təqdim edib

Unibank “Əjdaha” lotereyasının qaliblərinə hədiyyələri təqdim edib


“Unibank”ın “Əjdaha” lotereyasının beşinci tirajının qaliblərinə hədiyyələr təqdim olunub. Lotereyanın son tirajının əsas hədiyyəsi olan Seabreeze Park Residence-2-də yerləşən 3 ədəd tam təmirli və əşyalı mənzilin sənədləri və 10 ədəd iPhone 15 Pro telefonu qaliblərə birbaşa təqdim edilib. Lotereyada qazanılan pul uduşları isə qaliblərin Unibank bank kartlarına köçürülüb. “Əjdaha” lotereyasının sonuncu tirajının qalibləri öz təəssüratlarını bölüşüblər:

Sonuncu tirajda iPhone 15 Pro qazanan Gülnar Əhmədova 10 ildən artıqdır Unibank
müştərisidir:

“Lotereyadan əvvəldən məlumatlı idim. Davamlı Unibank kartımla alış-veriş edirdim və qalib olacağıma çox inanırdım. Telefon udduğumu eşidəndə, çox sevindim.
Unibank hər zaman öz müştərisinə dəyər verir”. Aydın Əbilov da “Əjdaha” lotereyadan iPhone 15 Pro udub: “Bütün alış-verişlərimi UCard-la
edirəm. Hər tirajdan sonra qaliblər siyahısında adımı axtarırdım. Bankdan zəng edəndə ki, lotereyada telefon udmusan, çox sevindim”. Sonuncu tirajda telefon uduşunun sahibi olan Anar Əzizov əvvəlki dörd tirajın nəticələrini hər zaman izləyib: “Lotereya haqqında məlumatım var idi. Əvvəlki tirajlarda qaliblər sırasında adımı görməyəndə də, lotereyanın şəffaflığına inanmışam. Çox sevinirəm ki, sonuncu tirajda iPhone 15 Pro qazandım”. Beşinci tirajın daha bir telefon qazanan qalibi Malik Məmmədovdur: Doğrusu, lotereya haqqında məlumatlı deyildim. Ona görə telaefonuma bildiriş gələndə inanmamışdım.

 

Sonra“Unibank”dan zəng etdilər və bundan sonra inandım”. Beşinci tirajın əsas hədiyyəsini- Seabreeze Park Residence-2-də yerləşən 3 ədəd tam təmirli
və əşyalı mənzildən birini qazanan Fərid Həsənli isə hələ də bu gözəl xəbərin təsiri altındadır: “Mənim üçün o qədər sevincli bir xəbər oldu ki, hətta günlərlə belə dəyərli hədiyyə udduğuma inanmadım. Sevincimi ifadə etmək üçün söz tapa bilmirəm və hər bir Unibank müştərisinə belə böyük sevinci yaşamağı arzu edirəm.
“Unibank”dan gələn zəng Ayaz Bayramovun da böyük xəyalının cavabı olub: “Təkrar dəqiqləşdirdikdən sonra “Əjdaha” lotereyadan ev qazandığıma inandım. Çox böyük sevincdir. “Unibank”a müştərilərini hər zaman dəyər verdiyi üçün təşəkkür edirəm!”.

 

Unibank kartı çox sərfəli və rahat olduğu üçün hər zaman bütün ödənişlərini UCard-la edən Ülvi İsmayılova bu dəfə sevimli kartı gözəl bir mənzil qazandırıb: “Canlı efirdən “Unibank”ın lotereyasında mənzil qazandığımı eşidəndə, çox sevindim. İlk dəfədir ki lotereyada belə qiymətli hədiyyə qazanıram. Unibank hər zaman müştərisinə verdiyi dəyəri və keyfiyyətli xidməti ilə seçilib”. Unibank müştəriləri üçün bir sıra yeniliklər hazırlayıb. Yeni xidmət və məhsulların il ərzində müştərilərə təqdim olunması nəzərdə tutulur.

Unibank - Sənin Bankın!


OXŞAR XƏBƏRLƏR

Tramp onlardan neftin qiymətinin aşağı salınmasını istəyəcək

ABŞ Səudiyyə Ərəbistanı və OPEK-dən neftin qiymətinin aşağı salınmasını, o cümlədən Ukrayna ilə bağlı Rusiyaya təzyiq göstərməyi istəyəcək.   Sfera.a...

Hərbçimiz odlu silahdan açılan atəşdən öldü

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Hüseynov Camal Nizami oğlunun odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Kəlbəcə...

Hərbçilərə ŞAD XƏBƏR -Maaşları bu qədər artacaq

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunda dəyişikliklər ediləcək.   Sfera.az xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məcli...

Ceyhun Bayramov Belarus səfiri Andrey Ravkovu qəbul etdi

Xarici işlər naziri Ceyhun Bayramov yanvarın 23-də Belarus Respublikasının ölkəmizdəki səfiri Andrey Ravkovu Azərbaycandakı diplomatik fəaliyyətini başa vurması...

Bakının mərkəzində avtomobilin aşma anı- VİDEO

Bu gün səhər saatlarında Bakının Mirzəağa Əliyev küçəsində avtomobil aşıb.   Sfera.az xəbər verir ki, qəzaya velosiped zolağında hərəkət edən avtomob...

Doktorantura təhsili ilə bağlı yeni təklif gələcək üçün nə vəd edir?

Xəbər verdiyimiz kimi, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov komitənin bu gün keçirilən iclasında təklif edib ki, Azərbaycanda doktorant...