Azərbaycan bankları yanvar ayında 391,5 milyon dollar alıb - Azalma var

Azərbaycan bankları yanvar ayında 391,5 milyon dollar alıb - <span style="color:#ff0000">Azalma var</span>
Kateqoriya məlum deyil23.01.25, 11:1919211 👁️
T

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib. 

 

Sfera.az AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 52,5 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub.

 

Hərraca dair məlumatlardan görünür ki, bankların dollara tələbində azalma müşahidə edilir. Artıq ikinci hərracdır ki, tələb 50-55 milyon dollar arasında dəyişib.

 

Daha əvvəlki hərraclarda isə tələb 70-75 milyon dollar intervalında olub. 

 

Ümumilikdə, banklar yanvarda 391,5 milyon dollar alıb.  

 

Vasif

PAYLAŞ
Sehliyali
Yüklənir...