Xarici turlar ucuzlaşıb - RƏQƏMLƏR

Xarici turlar ucuzlaşıb - RƏQƏMLƏR

Azərbaycandan xaricə istirahət məqsədilə təklif edilən turların qiymətində ciddi azalma qeydə alınıb. 

 

Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin əvvəlində bir istirahət turunun dəyəri orta hesabla 700 manat olduğu halda ilin sonunda 570 manata enib. 

 

İl ərzində xarici turların dəyəri 130 manat, yəni 18 faizdən çox ucuzlaşıb.  

 

Əvəzində daxili istirahət turlarında bahalaşma qeydə alınıb. Ötən ilin əvvəlində daxili istirahət turlarında bir xidmətin dəyəri 310 manat olduğu halda ilin sonunda 325 manata yüksəlib. 

 

Qeyd edək ki, 2021-2023-cü illərdə xarici turlarda qiymət artımı müşahidə edilirdi. Maraqlıdır ki, 2024-cü ildə qiymətlərdəki dəyişiklik əks istiqamətdə olub. 

 

Vasif
 


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən qəribə vergiləri – Sabun, subaylıq, saqqal…

Vergilər dövlətlərin gəlir mənbələrindən biri olsa da, tarix boyu bəzi vergilər sadəcə iqtisadi deyil, həm də bir qədər qəribə və gülməli olub. Müxtəlif dövrlər...

UNESCO nüfuzunu itirir - Təşkilatın üzvlərinin sayı azala bilərmi?

ABŞ Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı olan UNESCO-dan çıxmaq barədə qərar verib. Bu barədə Ağ Evin mətbuat katibinin müavini ...

İran–İsrail münasibətlərində yeni dönüş: Gizli danışıqlar aparılır

“İsraillə İranın hərbi eskalasiyası nəticə olaraq tərəflərin yeni dünya nizamındakı münasibətlər sisteminə nisbi pozitivliyə doğru təsir göstərə bilər&rdq...

Cəlilabada yeni prokuror təyin edildi

Cəlilabada yeni prokuror təyin edilib.   Sfera.az Report-a istinadla xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb. ...

Kəlbəcərə yeni prokuror təyin edildi

Kəlbəcərə yeni prokuror təyin edilib.   Sfera.az xəbər verir ki, bununla bağlı Baş pokuror Kamran Əliyev əmr imzalayıb.   Əmrə əsasən, Pro...

Azərbaycanda bu siqaretlər BAHALAŞDI

Bu gündən etibarən Azərbaycanda bəzi tütün məmulatlarının qiyməti artıb.   Sfera.az xəbər verir ki, bu barədə məlumatı Trend-ə siqaret satışı ilə məş...