Bu yataqdan 650 milyon ton neft ÇIXARILDI - Hasilat daha da artacaq

Bu yataqdan 650 milyon ton neft ÇIXARILDI - Hasilat daha da artacaq

Azərbaycan “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 yanvar 2025-ci il tarixinədək 650,2 milyon ton neft (kondensatla birlikdə), 466,5 milyard kubmetr qaz hasil edib.

 

Sfera.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, çıxarılan neftin 601,5 milyon tonu, qazın isə 229,7 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən hasil olunub.

 

“Şahdəniz”dən isə 48,7 milyon tona yaxın kondensat, 236,8 milyard kubmetr qaz çıxarılıb. Bu yataqlardan çıxarılan neftin 648,3 milyon tonu, qazın 169,5 milyard kubmetri ixraca gedib.

 

Əlavə edək ki, “Azəri-Çıraq-Günəşli” yatağı işlənməyə başlayanda, yəni 1994-cü ildə burada 511 milyon ton neftin olduğu proqnozlaşdırılırdı. Amma indiyə qədər artıq 601,5 milyon ton neft hasil edilib. Bu yataqlar üzrə hasilatın hələ 2050-ci ilə qədər davam edəcəyini nəzərə alsaq, hasilatın hələ daha çox artacağını proqnozlaşdırmaq mümkündür.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...