Azər Türk Bank ötən ili uğurla başa vurdu

Azər Türk Bank ötən ili uğurla başa vurdu

Dövlət bankı Azər Türk Bankın 01 yanvar 2025-ci il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 110% artaraq, 2,084 milyard manat səviyyəsində olub.
 

Bankın kredit portfelinin həcmi 799,9 milyon manat təşkil etmişdir ki, bu da ötənilki göstəriciyə nisbətən 79% çoxdur.

 

Hesabat dövründə Bankın gəlirləri 58% yüksəlməklə 146,5 milyon manat, xərcləri 125,1 milyon manat olub.

 

2024-cü ildə Azər Türk Bank 21,3 milyon manat həcmində xalis mənfəət əldə etmişdir ki, bu da ötən dövrdəki göstəricidən 52% çoxdur. 

 

Bankın məcmu kapitalının həcmi 26% artaraq, 98,9 milyon manat olub.

 

Cəmi bank öhdəliklərinin həcmi 117% artımla 1,9 milyard manat səviyyəsindədir.

 

Əhali tərəfindən Banka 213 milyon manat məbləğində əmanət qoyulmuşdur. Ümumilikdə Bank 1,5 milyard manat həcmində depozit cəlb edib.

 

Bankın aktivlərinin gəlirlilik əmsalı (ROA) 1,40%, kapitalın gəlirlilik əmsalı (ROE) 23,6% təşkil edib.

 

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı //atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.
 


OXŞAR XƏBƏRLƏR

Qəzaya uğrayan AZAL-a məxsus təyyarənin "qara qutu"ları Qazaxıstana gətirildi

AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin "qara qutu"ları Braziliyadan Qazaxıstana gətirilib və rəy vermək üçün səlahiyyətli kom...

İndoneziyada vulkan püskürdü

İndoneziyanın Halmahera adasındakı İbu vulkanı yenidən aktivləşərək dörd kilometr yüksəkliyə kül püskürüb.   Sfera.az xarici mətbuata istinadən ...

Yolda hərəkət edən qapısız ambulansla bağlı AÇIQLAMA - VİDEO

Sumqayıt şəhərində qapısı olmayan təcili tibbi yardım avtomobili küçədə hərəkət edərkən görüntülənib.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəb...

Brend sevgisinin arxasında hansı psixoloji hallar var? - ARAŞDIRMA

İstənilən dövrlərdə brend geyimlər, əşyalar diqqət mərkəzində olub. Maraqlıdır ki, son zamanlar marka həvəskarları  arasında yalnız maddi vəziyyəti buna im...

Pensiya kapitalları indeksləşdiriləcək - Faiz dərəcəsi BƏLLİ OLDU

Azərbaycanda sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı indeksləşdirilərək 2,2 faiz artırılacaq.   Sf...

İlham Əliyev türkiyəli aktyoru təltif etdi - FOTO

Türkiyəni COP29-da təmsil edən aktyor Engin Altan Düzyatan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib. &...