"Dövlət-özəl sektor tərəfdaşlığının inkişafı effektiv nəticə verir" - Mikayıl Cabbarov
Azərbaycanda dövlət-özəl tərəfdaşlığının inkişafı sahibkarlıq fəaliyyətinin stimullaşdırılması istiqamətində effektiv nəticə verir.
Sfera.az xəbər verir ki, bunu iqtisadiyyat nazir Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
O qeyd edib ki, Dünya İqtisadi Forumunun hökumət texnologiyalarının qlobal ictimai təsiri ilə bağlı hesabatında Azərbaycanda dövlət-özəl tərəfdaşlığı layihələri, iqtisadiyyatın rəqəmsallaşması üzrə əldə edilmiş uğurlar xüsusi vurğulanıb: “İqtisadi səmərəlilik və sosial fayda, strateji biznes imkanları, dövlət xidmətlərinin həyata keçirilməsində özəl sektorun iştirakı qeyd edilib. Dövlətlə sahibkar arasında etimad mühitinin möhkəmləndirilməsi özəl sektorun təşəbbüslərini və investisiya qoyuluşlarını artırır”.