İstanbul Hava Limanı təyyarə yanacağını daha 3 il STAR NEZ-dən alacaq

İstanbul Hava Limanı təyyarə yanacağını daha 3 il STAR NEZ-dən alacaq

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR Neft Emalı Zavodu (NEZ) qarşıdakı üç il ərzində İstanbul Hava Limanını hər il 700 min ton aviasiya yanacağı ilə təmin edəcək.

 

Bu barədə Sfera.az “SOCAR Turkiye”yə istinadən xəbər verir.

 

Şirkət bildirib ki, bu strateji əməkdaşlıq aviasiya sənayesinə verdikləri töhfəni daha da artıracaq: “Biz bu əməkdaşlığı elan etməkdən məmnunuq”.

 

Bu il İstanbul Hava Limanının illik təyyarə yanacağına olan tələbatının 3 milyon tondan çox olacağı gözlənilir. Bu tələbatın 23,3 %-i, yəni 700 min tonu STAR NEZ tərəfindən, 60 %-i, yəni 1,8 milyon tonu isə "Türkiye Petrol Rafinerileri A.Ş." (Tüpraş) tərəfindən təmin ediləcək.

 

2024-ci ilin yanvar-oktyabr aylarında STAR NEZ 838,579 min ton reaktiv mühərriklər üçün kerosin (aviayanacaq) istehsal edib. Ümumilikdə isə bu dövrdə Türkiyədəki neft emalı zavodlarında 4 milyon 802,5 min ton aviayanacaq istehsal olunub. Beləliklə, STAR NEZ-in istehsal etdiyi təyyarə yanacağının əhəmiyyətli hissəsi İstanbul Hava Limanına tədarük ediləcək. Hazırda STAR NEZ-in Türkiyədə istehsal olunan təyyarə yanacağı bazarındakı payı 17,5 % təşkil edir.

 

Xatırladaq ki, “SOCAR Aviation” ilk dəfə 2019-cu ildə İstanbul Hava Limanının illik 700 min ton təyyarə yanacağı tədarükü üçün elan etdiyi tenderin qalibi olub.

 

STAR NEZ-in təməli 2011-ci ilin oktyabrın 5-də qoyulub, 2018-ci ilin oktyabrın 19-da isə rəsmi açılışı olub. Zavod 2019-cu ilin sentyabrından tam gücü ilə fəaliyyət göstərir. Ötən il burada həyata keçirilən təmir və modernləşdirmə işləri zavodun emal gücünü illik 13 milyon ton səviyyəsinə çatdırıb. STAR NEZ-də “Urals”, “Azeri Light” və “Kərkük” neft növləri emal olunur. Zavodun əsas məhsulları arasında dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol və neft koksu yer alır.

 

Türkiyənin təyyarə yanacağı bazarında STAR NEZ-in 1,6 milyon tonluq istehsal payı idxal ehtiyacını əhəmiyyətli dərəcədə azalda bilər. Hazırda ölkədə təyyarə yanacağı istehlakının 80 %-dən çoxu daxili istehsal hesabına təmin edilir. Türkiyənin illik təyyarə yanacağına tələbatı təxminən 6 milyon ton səviyyəsindədir. Bu həcmin 66,6 %-i və ya 4 milyon ton


OXŞAR XƏBƏRLƏR

Arıqlamaq istəyənlərin diqqətinə - Bu bitkinin yarpaqları möcüzəlidir

Cənubi Avstraliya Universitetinin alimləri zeytun yarpağı ekstraktının qan təzyiqini aşağı salmaq, qanda yağ səviyyəsini tənzimləmək və xroniki xəstəliklərdən q...

Törətdiyi cinayətə görə iki cəzadan birini seçmək təklif edildi

Keçmiş hüquqşünas, 65 yaşlı Timoti Skuls, 146 milyon funt sterlinq (7,6 milyard UAH) dələduzluq sxemlərinə görə cəza seçimi ilə üzləşib. Belə ki, hakim ona alte...

Alimlər 9 bal gücündə zəlzələ və 30 metrlik sunami proqnozlaşdırıblar

Amerikalı alimlər ABŞ hakimiyyətini seysmoloji vəziyyətlə bağlı həyəcanverici proqnozlara mümkün qədər tez diqqət yetirməyə çağırıblar.    Sfera...

Süni intellekt sayəsində 5 il ərzində 200 000 işçi ixtisar edilə bilər - Bu sahələrdə...

Bloomberg Intelligence (BI) hesabatına görə, dünyanın ən böyük bankları süni intellektdə (AI) irəliləyişlər səbəbindən yaxın 3-5 il ərzində təxminən 200 min iş ...

Azərbaycanda qəbiristanlıqdanOĞURLUQ - VİDEO

Göygölün Topalhəsənli kənd qəbiristanlığında tez-tez oğurluq hadisələri baş verir.   Sfera.az "Xəzər" TV-yə istinadən məlumat verir ki, bu ...

Vaşinqton ABŞ-nin 39-cu prezidenti Cimmi Karterlə vidalaşıb

ABŞ dekabrın 30-na keçən gecə 100 yaşında dünyasını dəyişən keçmiş prezident Cimmi Karterlə vidalaşıb. Sfera.az xəbər verir ki, vida mərasimi Vaşinqton Kated...