FED-dən dollarla bağlı MÜHÜM QƏRAR

FED-dən dollarla bağlı MÜHÜM QƏRAR

Ölkənin mərkəzi bankı kimi fəaliyyət göstərən ABŞ Federal Ehtiyat Sisteminin rəhbər komitəsinin üzvləri baza faiz dərəcəsini əvvəllər gözlənildiyi kimi bu il dörd deyil, iki dəfə azaltmağı planlaşdırır.

 

Sfera.az xəbər verir ki, bunu maliyyə tənzimləyicisinin rəhbər komitəsinin ötən il dekabrın 17-18-də keçirilmiş iclası haqqında yayılan hesabat göstərir.

 

Sənəddə qeyd olunur ki, qarşıdan gələn faiz endirimlərinin sürəti azalacaq:

 

“Pul siyasəti ilə bağlı perspektivləri müzakirə edərkən iştirakçılar komitənin siyasətin yumşaldılması tempini yavaşlatmağın məqsədəuyğun olduğunu hesab ediblər. Rəsmilər razılaşıblar ki, məzənnə 2024-cü ilin sentyabrında komitənin siyasəti yumşaltmağa başladığı vaxtdan neytral dəyərə daha yaxındır. Bundan əlavə, bir çox iştirakçılar qeyd ediblər ki, bir sıra amillər qarşıdakı rüblərdə pul siyasəti qərarlarına ehtiyatlı yanaşmanın zəruriliyini vurğulayır”.

 

Komitə üzvləri inflyasiyanın tempi və ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın siyasətlərinin iqtisadiyyata mümkün təsiri ilə bağlı narahatlıqlarını ifadə edərək, qeyri-müəyyənlik səbəbindən faiz dərəcələrinin aşağı salınmasında daha ləng olacaqlarını bildiriblər. Görüş iştirakçıları dəfələrlə qeyd ediblər ki, immiqrasiya və ticarət siyasətindəki dəyişikliklər ABŞ iqtisadiyyatına təsir edə bilər


OXŞAR XƏBƏRLƏR

Dərs və iş saatları ilə bağlı mühüm xəbər -DƏYİŞDİRİLİR?

Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərsl...

Prezidentin əhalinin rifahının yaxşılaşdırılması istiqamətində atdığı addımlar -TƏHLİL

Azərbaycanın dinamik inkişafını təmin edən və ölkəni tarixi Zəfər zirvəsinə yüksəldən Prezident İlham Əliyevin həyata keçirdiyi güclü və ardıcıl sosial siyasət ...

Türkiyə-İran sərhədində zəlzələ oldu

Türkiyə-İran sərhədində 4,3 maqnitudada zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi...

Xəzər rayonunda ƏMƏLİYYAT -12 nəfər saxlanıldı

Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində Şüvəlan qəsəbəsi ərazisində narkotik ...

Paytaxt bazarlarında son vəziyyət necədir?

Paytaxt bazarlarında bəzi məhsulların qiyməti artıb, bəzilərinki isə azalıb.   Bununla yanaşı bazarlarda durğunluq yaşanıb.   Bildirilib k...

Bəzi ərazilərdə qaz olmayacaq

Abşeron, Binəqədi və Nərimanov rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft...