Azər Türk Bank bu təşkilatla əməkdaşlıq Memorandumu İMZALADI

Azər Türk Bank bu təşkilatla əməkdaşlıq Memorandumu İMZALADI

Dövlət bankı Azər Türk Bank  və "Visa" Beynəlxalq Ödəniş Sistemi arasında rəqəmsal maliyyə infrastrukturunun daha da inkişaf etdirilməsi sahəsində qarşılıqlı əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə Memorandum imzalanıb.
 

Memoranduma əsasən, tərəflər mobil ödənişlər, rəqəmsal pul kisələri, tokenləşdirmə və müasir autentifikasiya texnologiyaları daxil olmaqla, onlayn əməliyyatları dəstəkləmək üçün güclü rəqəmsal ödəniş infrastrukturunun inkişafına öz töhfələrini verəcəklər.

 

Həmçinin təşkilatlar elektron ticarətə dəstək məqsədilə ölkədə istehlakçılar üçün onlayn alış-veriş təcrübəsini təkmilləşdirərək e-ticarət platformaları üçün qüsursuz, təhlükəsiz ödəniş həllərinin tətbiqini davam etdirəcəklər.

 

Eləcə də sənəddə KOB nümayəndələrinin həm oflayn, həm də onlayn ticarətdə iştiraklarını qurmağa və genişləndirməyə kömək etmək üçün yeni həllərin hazırlanması və onlara müxtəlif ödəniş üsullarından istifadənin təşviqini həyata keçirmək və cari vəziyyətin qiymətləndirilməsi üzrə təhlillərin aparılması istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Azər Türk Bank tərəfindən istifadəyə verilən və Visa Cloud texnologiyasına əsaslanan Mobil POS həlli bu istiqamətdə atılan real addımlardan biridir.

 

Elektron əməliyyatların təhlükəsizliyini təmin etmək üçün qabaqcıl təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsi və saxtakarlığın dərhal aşkarlanması mexanizmlərinin tətbiqi də gündəmdə duran məsələ kimi qeyd edilmişdir.

 

Memorandumda Azər Türk Bank və Visa təşkilatının qarşılıqlı tərəfdaşlığı ilə rəqəmsal maliyyənin inkişafı üçün bir sıra digər mühüm istiqamətlər də yer almışdır.

 

Sənədə əsasən Visa beynəlxalq təşkilatının rəqəmsal bankçılığın inkişafı istiqamətində ərsəyə gətirdiyi yeni həllər tətbiq üçün ilkin olaraq Azər Türk Banka təqdim ediləcəkdir.


Qeyd edək ki, bundan əlavə, Azər Türk Bank dünya üzrə 500 milyona yaxın biznes tərəfdaşı olan, qlobal miqyasda ödənişlər etməyə, token ödənişlərini emal etməyə, həssas kart məlumatlarını saxlamağa və taksit ödənişləri icra etməyə imkan verən Visa CyberSource e-ticarət platformasının da ölkədə ilk partnyor Bankıdır.

 

Həmçinin Azərbaycan Mərkəzi Bankından qanunvericiliyin tələbinə uyğun müvafiq lisenziyaları əldə edən elektron pul təşkilatları və ödəniş təşkilatları ilə Azər Türk Bank innovativ həllərə əsaslanan səmərəli əməkdaşlıq üçün mühüm addımlar atılmışdır. 
 


OXŞAR XƏBƏRLƏR

Şəmkirdə ağır qəza - 5 nəfər ölüb

Şəmkirdə ağır avtomobil qəzası olub.   Sfera.az xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsind...

Azərbaycanda ayı qazini parçalayıb ÖLDÜRDÜ

Zaqatalada 32 yaşlı qazinin dağda meyiti tapılıb.   Sfera.az Lent.az-a istinadla xəbər verir ki, hadisə dünən qeydə alınıb.   Zaqatal...

43 yaşlı kişi həyatı boyu sevdiyi 88 ​​yaşlı qadınla evlidir - FOTO

45 yaş fərqi olan cütlük Adrian Narvaez və Delia Luquez bu yaxınlarda güclü sevgi hekayələri haqqında danışıblar. İndi 43 yaşında olan kişi həyat ilə ilk dəfə 1...

Gucci Ailə Villası 14 milyon dollara satılır: İkonik mülk necə görünür? - FOTOLAR

Romanın təpələrində yerləşən tarixi villa 14,2 milyon dollara satılır. Malikanənin memarlığı italyan dəbdəbəsi ilə ingilis təmkinini özündə birləşdirir. Sf...

Orxan Zeynallı növbəti dəfə konsert verdi - FOTO

Tanınmış reper Orxan Zeynallı növbəti dəfə konsert verib.   Sfera.az bildirir ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Kamera Ork...

İstanbul-Moskva təyyarəsi Həştərxana məcburi eniş etdi

İstanbuldan Moskvaya uçan təyyarə Həştərxanda məcburi eniş edib.   Sfera.az xəbər verir ki, təyyarədə olan bütün sərnişinlər hava limanının terminalı...