SOCAR Türkiyəyə iri investisiya qoyacaq - MƏBLƏĞ
Türkiyənin ən böyük xarici investoru olan “SOCAR Turkey” şirkəti qardaş ölkəyə investisiya qoyuluşunu bir qədər də artıracaq.
Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, bununla bağlı açıqlamanı “SOCAR Turkey” şirkətinin baş direktoru Elçin İbadov bu gün Türkiyədə təşkil olunan təqdimatda bildirib.
İbadov qeyd edib ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) son 17 ildə Türkiyə iqtisadiyyatına ümumilikdə 18,5 milyard dollar sərmayə qoyub.
SOCAR-ın baş direktoru söyləyib ki, təmsil etdiyi şirkət hazırda Kayseri və Bursada qazpaylama işləri həyata keçirir:
““Kayseriqaz” və “Bursaqaz” paylama şəbəkələrinə ümumi sərmayəmiz 209 milyon dollara çatıb. “Kayseriqaz”ın 700 min, “Bursaqaz”ın isə 1,2 milyon abunəçisi var. Hazırda "SOCAR Türkiye”də 10 mindən çox insan çalışır. Bu, Türkiyənin məşğulluğuna böyük töhfə verir".
İbadov Türkiyəyə daha 7 milyard dollar sərmayə qoymağı planlaşdırdıqlarını vurğulayıb. Bu vəsait Türkiyədə yeni neft-kimya müəssisələrinin yaradılması üçün istifadə ediləcək.
Vasif
Sfera.az