TANAP ilə nəql edilən Azərbaycan qazının həcmi açıqlandı
İqtisadiyyat
11:43 / 06.01.2025
3719
Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) istismara veriləndən 31 dekabr 2024-cü il tarixinədək Türkiyə və Avropaya 73,54 milyard kubmetr Azərbaycan qazı nəql edib.
Sfera.az xəbər verir ki, bu barədə “SOCAR Turkiye Enerji” şirkətinin baş icraçı direktoru Elçin İbadov İstanbulda keçirilən mətbuat konfransında bildirib.
"2024-cü il dekabrın 31-nə TANAP ilə nəql edilən qazın ümumi həcmi 73,54 milyard kubmetr təşkil edib. Bu həcmin 30,8 milyard kubmetri Türkiyəyə, 42,74 milyard kubmetri isə Avropaya göndərilib", - E.İbadov qeyd edib.