Logo

Azərbaycan Rusiyaya investisiya qoyuluşunu 18 % azaldıb

Azərbaycan Rusiyaya investisiya qoyuluşunu 18 % azaldıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu ilin yanvar-sentyabr aylarında Rusiya Azərbaycan iqtisadiyyatına 97,9 milyon ABŞ dolları birbaşa investisiya yatırıb.

Sfera.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə azdır.

Hesabat dövründə Rusiyanın Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 2,2 % olub.

9 ay ərzində Azərbaycan isə Rusiya iqtisadiyyatına 27,4 milyon ABŞ dolları birbaşa investisiya yatırıb. Bu isə 1 il əvvələ nisbətən 18 % azdır.

Hesabat dövründə Azərbaycanın Rusiya iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 2 % təşkil edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR