ABB istiqrazları tam həcmdə uğurla yerləşdirilib

ABB istiqrazları tam həcmdə uğurla yerləşdirilib

24 dekabr 2024-cü ildə Bakı Fond Birjasında "ABB” ASC-nin sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Daha öncə Bakı Fond Birjasının “Premium” bazar seqmentində listinqə daxil edilmiş bu qiymətli kağızların ümumi həcmi 100 milyon manat təşkil edir.

 

İstiqrazların emissiyası rəqabətli hərrac üsulu ilə həyata keçirilib. Təklif olunan istiqrazların hər birinin nominal dəyəri 100 manat, tədavül müddəti 2 il təşkil edir. İstiqrazlar investorlara illik 11% gəlirlilik təmin edəcək. Bu istiqrazlar üzrə faiz ödənişləri hər 3 (üç) təqvim ayından bir həyata keçiriləcək. Ödəniş tarixi qeyri-iş gününə təsadüf etdikdə, faiz ödənişi növbəti ilk iş günü tamamlanacaq.

 

Bu istiqrazların buraxılışı mütəşəkkil kapital bazarından sərbəst vəsaitlərin cəlb edilməsi ilə bankın aktivlərinin və pul vəsaitlərinin resurs bazasının diversifikasiyasının artırılması, ortamüddətli maliyyələşmənin təmin olunması, eləcə də ölkəmizin qiymətli kağızlar bazarının inkişafına töhfə vermək məqsədilə həyata keçirilib.

 

Emissiyadan əldə olunan vəsait ABB-nin kredit portfelinin artırılmasına, kredit bazarında mövqeyinin gücləndirilməsinə, eləcə də ABB-nin strateji layihələrinin icrasının maliyyələşməsinə yönəldiləcək. Əlavə olaraq, istiqraz buraxılışından cəlb olunmuş vəsaitlər ölkə daxilində sərfəli və keyfiyyətli bankçılıq xidmətləri təklif etməklə regionlarda real iqtisadiyyatın maliyyələşdirilməsinə, bölgələrdə iqtisadi rifahın və məşğulluğun artırılmasına müsbət təsir göstərəcək.

 

Buraxılışın anderrayteri qismində “ABB-İnvest İnvestisiya Şirkəti” QSC çıxış edib. İstiqrazlar artıq sabahdan etibarən Bakı Fond Birjasında təkrar bazarda tədavülə buraxılacaq. Təkrar bazardan bu istiqrazları əldə etmək niyyətində olan investorlar “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-ə müraciət edə bilər.

 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


OXŞAR XƏBƏRLƏR

Qazaxıstan XİN Azərbaycana başsağlığı verdi

Qazaxıstanın Xarici İşlər Nazirliyi Azərbaycana başsağlığı verib.   Sfera.az xəbər verir ki, bu barədə nazirliyin X hesabında paylaşım edilib. &nb...

İranda bu qadağa aradan qaldırıldı

İranda WhatsApp messencerindən istifadəni qadağan edən qərarın ləğvi barədə qərar qəbul edilib. Sfera.az xəbər verir ki, bu barədə İRNA xəbər agentliyi məlum...

Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”

Nəsimi rayonu Novruzov qardaşları küçəsinin bir qrup sakini yaşadıqları ərazidə yaranmış dözülməz vəziyyətlə bağlı ölkə rəhbərliyinə və müvafiq qurumlara müraci...

Qəzada ölən Azərbaycan vətəndaşlarının SAYI MƏLUM OLDU

Aktauda qəzaya uğrayan təyyarənin sərnişinlərindən 37-si Azərbaycan (23-ü həlak olub), 16-sı Rusiya (7-si həlak olub), 6-sı Qazaxıstan (hamısı həlak o...

Pezeşkian dövlətimizin başçısınaBAŞSAĞLIĞI VERDİ

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb. Sfera.az xəbər verir ki, məktub...

Stüardessanın qardaşı danışdı - “Hələ müəyyən edə bilməyiblər”

Xəbər verdiyimiz kimi, bu gün Qazaxıstanda qəzaya uğrayan AZAL-a məxsus təyyarədə 5 ekipaj üzvü olub. Sfera.az-ın məlumatına görə, təyyarənin hər iki pilotu ...