Balıq məhsullarının satışı üzrə ixtisaslaşmış bazarlar salınacaq


Balıq məhsullarının satışı üzrə ixtisaslaşmış bazarlar salınacaq

Azərbaycanda balıq məhsullarının satışı üzrə ixtisaslaşmış bazarların təşkil edilməsi nəzərdə tutulur.

 

Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı balıqçılığın və akvakulturanın inkişafı ilə bağlı əlavə tədbirlər, bununla əlaqədar bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında fərmanında öz əksini tapıb.

 

Fərmanla "Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilib. Dəyişikliyə əsasən, nazirlik şəhərlərdə və Xəzər dənizi sahillərində (Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub bölməsinin sahilboyu 20-50 metrlik zolağının altındakı torpaq sahələri istisna olmaqla) balıq məhsullarının satışı üzrə ixtisaslaşmış bazarların təşkili üçün müvafiq torpaq sahələrinin ayrılmasına razılıq verilməsini, torpaqların kateqoriyalara aid edilməsinə və onların bir kateqoriyadan digərinə keçirilməsinə rəy verilməsini təşkil etməli, ixtisaslaşmış balıq məhsulları satışı bazarlarının yerləşmə sxemini aidiyyəti dövlət orqanlarını ilə razılaşdırmaqla müəyyən etməlidir.


OXŞAR XƏBƏRLƏR

Qurban Qurbanovun təbrik etmədiyi Bəhlul Mustafazadə “Qəbələ”yə keçir? – Klubdan AÇIQLAMA

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun “Sabah”la oyundan sonra futbolçuları çempionluq münasibəti ilə təbrik edərkən Bəhlul Mustafaz...

Bakıda arvadı tərəfindən döyülən kişi xəstəxanalıq oldu

Bakının Nərimanov rayonu ərazisində kişi həyat yoldaşı tərəfindən döyülüb.   Sfera.az Oxu.az-a istinadla xəbər verir ki, hadisənin ailə münaqişə...

İmtahanların vaxı dəyişdi - DİM məlumat yaydı

İmtahan iştirakçılarının nəzərinə çatdırmaq istəyirik ki, Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 4-də və daha sonrakı tarixlərdə, eləcə də, iyun, iyul, avqust ...

İlham Əliyev yük maşınının sükanı arxasında – FOTO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Az-Tex-İmport” MMC-nin “IVECO” markalı yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodu...

Qırmızı Ürəklər Fondu 2025-ci ilin ilk rübü üzrə hesabat açıqlayıb

2019-cu ildən etibarən ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına dəstək olan Qırmızı Ürəklər Fondu 2025-ci ilin ilk rübü üzrə hesabatlarını təqdim edib....

ABŞ və İran rəsmiləri bu tarixdə görüşəcək

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə dördüncü raund nüvə danışıqlarının 3 mayda Romada keçiriləcəyini bildirib.    Sfera.az “NT...