ICD xətti ilə Rabitəbank tərəfindən verilən ilk kredit müqaviləsi imzalandı - FOTOLAR

ICD xətti ilə Rabitəbank tərəfindən verilən ilk kredit müqaviləsi imzalandı - FOTOLAR

19 dekabr 2024-cü il tarixində Rabitəbank, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) xətti ilə verilən ilk kreditin müqaviləsini Alizadeh MMC ilə imzalayıb. Bu mühüm addım, həm Azərbaycanda kiçik və orta bizneslərin (KOB) ticarət maliyyələşdirmə ehtiyaclarını qarşılamaq, həm də islam qaydalarına uyğun maliyyə həllərinin inkişafına dəstək olmaq məqsədini daşıyıb.

 

Müqavilənin imzalanma mərasimi Rabitəbankın İdarə Heyətinin sədrinin 1-ci müavini Orhan Gültekinin, həmçinin Alizadeh MMC-nin direktoru Kazım Mustafazadənin iştirakı ilə baş tutub. 

 

Mərasimdə çıxış edən Orhan Gültekin qeyd edib ki, “Bu kredit müqaviləsi, yalnız Rabitəbankın fəaliyyətindəki mühüm bir mərhələ deyil, həm də İslam Korporasiyasının (ICD) Azərbaycandakı maliyyə xidmətləri bazarını genişləndirmək məqsədinə xidmət edir. Rabitəbank olaraq, ölkəmizin maliyyə sistemində yeni imkanların yaranmasına dəstək olmağı və yerli sahibkarların inkişafını təmin etməyi öz vəzifəmiz hesab edirik.”

 

Alizadeh MMC-nin direktoru Kazım Mustafazadə, öz çıxışında “Rabitəbank ilə imzalanan bu müqavilənin onların ticarət fəaliyyətlərini və mövqelərini gücləndirəcəyini qeyd edib. Eyni zamanda o vurğulayıb ki, bu imkan yalnız bizim üçün deyil, həm də ölkə iqtisadiyyatının inkişafı üçün çox önəmlidir.”

 

Qeyd edək ki, Rabitəbankın Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə əməkdaşlığı, Azərbaycanda islam qaydalarına uyğun maliyyə həllərinin genişləndirilməsi və yerli müəssisələrin beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin artırılması istiqamətində mühüm bir addımdır.

 

Hal-hazırda “Rabitəbank” ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 75 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanın bu rayonlarında zəlzələ riski çox azdır - SİYAHI

Son günlər Türkiyənin müxtəlif bölgələrində baş verən ardıcıl zəlzələlər bir daha Cənubi Qafqazda, o cümlədən Azərbaycanda da seysmik təhlükəsizlik məsələsini g...

Maşınınızda bu aksesuarlar varsa, çıxarın - CƏRİMƏSİ VAR

Hətta sayrışan işıq görünüşlü salfet qutularına belə tələbat böyükdür.   Maraqlıdır, qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoakse...

Qurban Qurbanovun təbrik etmədiyi Bəhlul Mustafazadə “Qəbələ”yə keçir? – Klubdan AÇIQLAMA

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun “Sabah”la oyundan sonra futbolçuları çempionluq münasibəti ilə təbrik edərkən Bəhlul Mustafaz...

Bakıda arvadı tərəfindən döyülən kişi xəstəxanalıq oldu

Bakının Nərimanov rayonu ərazisində kişi həyat yoldaşı tərəfindən döyülüb.   Sfera.az Oxu.az-a istinadla xəbər verir ki, hadisənin ailə münaqişə...

İmtahanların vaxı dəyişdi - DİM məlumat yaydı

İmtahan iştirakçılarının nəzərinə çatdırmaq istəyirik ki, Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 4-də və daha sonrakı tarixlərdə, eləcə də, iyun, iyul, avqust ...

İlham Əliyev yük maşınının sükanı arxasında – FOTO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Az-Tex-İmport” MMC-nin “IVECO” markalı yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodu...