“Bitcoin” rekordu YENİLƏDİ - SON QİYMƏT

İqtisadiyyat
11:20 / 16.12.2024
3869
Bu gün beynəlxalq birjalarda “Bitcoin”in dəyəri 106 min dolları ötüb.
Sfera.az xəbər verir ki, bu qiymət ilk dəfədir qeydə alınır.
“Bitcoin”in qiymətinin 100 min dolları ötməsinə yeni seçilmiş prezident Donald Trampın açıqlamaları səbəb olub. Tramp açıqlamasında rəqəmsal aktivlərə dəstək verəcəyini bəyan edib.
Respublikaçılar da “Bitcoin”in strateji milli ehtiyata çevrilməsini dəstəkləyir. “Bitcoin”in bahalaşması bu valyutaya sərmayə qoyanları xeyli dərəcədə zənginləşdirib.
Hazırda bütün “Bitcoin”lərin ümumi dəyəri 2 trilyon 80 milyard dollara çatıb.
Vasif
Sfera.az