Azər Türk Bank güzəştli kredit kampaniyasını davam etdirir

Azər Türk Bank güzəştli kredit kampaniyasını davam etdirir

Dövlət bankı "Azər Türk Bank" istehlak kreditləri üzrə müştərilər üçün sərfəli kampaniyanın 02 dekabr 2024-cü il tarixindən etibarən daha iki ay müddətinə uzadılması ilə bağlı qərar verib. 

 

Sfera.az xəbər verir ki, kampaniya ərzində fiziki şəxslər illik faiz dərəcəsi 11% olmaqla 12 ayadək müddətə kredit əldə edə biləcəklər.

 

Eləcə də müştərilərə illik faiz dərəcəsi 13% həcmində 24 ayadək olan kredit təklif edilir. Bu müddətə götürülən kreditlər üzrə komissiya – 0%.

 

Bundan başqa Bank illik 14%-lə 36 aylıq və illik 15%-lə 48 aylıq kreditlər verir.

 

Qeyd edək ki, zaminsiz kreditin maksimal məbləği 35 000 manatdan 40 000 manata qaldırılmışdır. Beləliklə, indi hər bir fiziki şəxs, özünün rəsmi gəlirinə uyğun olaraq, zaminsiz 40 000 manat məbləğində kredit ala bilər.

 

"Azər Türk Bank"ın saytına daxil olmaqla krediti online sifariş vermək olar.

 

Kampaniya 2025-ci il 31 yanvar daxil olmaqla, həmin tarixədəkdir.

 

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı //atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən kiçik belinə sahib olmaq üçün milyonlar xərcləyir

ABŞ-dan olan 33 yaşlı bloqqer Aleira Avendainho tədricən bədəninin parametrlərini dəyişməyə davam edir. Onun beli cəmi 46 sm-ə çatıb. Belə dəyişikliklər qadına ...

Müntəzəm uçuş sövdələşməyə çevrildi: Sərnişinə pul ödənildi

ABŞ-da “Tampa-Nyu-York” reysi ilə uçan sərnişin sadəcə oturacaqların dəyişdirilməsinə razılıq verdiyi üçün pul alıb. Bu vəziyyət insanlar arasında y...

Premiyasız qalan işçilərdən biri qeyri-adi qisas aldı

Bir sosial şəbəkə istifadəçisi, ədalətsizliyə görə mağaza rəhbərliyindən intiqam almaq qərarına gəldiyi barədə heyrətamiz hekayə paylaşıb. Bunun üçün gənc adam ...

Rusiyada “An-24” təyyarəsinin qalıqları tapılıb: Sağ qalan yoxdur

İtmiş “An-24” təyyarəsinin qalıqları Tyndadan 15 kilometr aralıda tapılıb. İlkin məlumata görə, təyyarədə olan 46 nəfərdən heç biri sağ qalmayıb. ...

XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi oldu - FOTO

İyulun 24-də XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.    “Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev...

Lənkəranın mərkəzində mağaza yanır

Lənkəran şəhərinin mərkəzində yerləşən mağazaların birində yanğın başlayıb.   Sfera.az-ın  məlumatına görə, yanğın hadisəsi şəhərin “DOSA&...