Dünya bazarında dolların ucuzlaşmasının SƏBƏBİ
Kateqoriya məlum deyil
Ötən gün qlobal fond bazarlarında əsas indekslər yüksəlib.
Sfera.az bildirir ki, APA "Reuters"ə istinadən xəbər verir ki, fond bazarlarında yüksəlişə səbəb
bu il ABŞ-da faiz dərəcələrinin artırılması ilə bağlı gözləntilərin özünü doğrultmaması ilə bağlıdır.
Məlumata əsasən, ABŞ-ın faiz dərəcələrini artırmayacağı ilə bağlı ehtimalların çoxalması dolların
məzənnəsinin aşağı düşməsinə gətirib çıxarıb.
"Artıq 4 gündür ki, ABŞ dollarının məzənnəsi zəifləməkdə davam edir. Buna Federal Ehtiyatlar
Sisteminin nümayəndəsinin kreditlər üzrə faiz dərəcələrinin artırılmayacağına ümid yaradan şərhlər
səbəb olub", - deyə məlumatda vurğulanıb.
Federal ehtiyat bankının yeni rəhbəri Robert Kaplan bəyan edib ki, FES faiz dərəcələrinin artırılması
məsələsində tələsməməlidir.






