Biznes kreditlərinin çox hissəsini iri sahibkarlar alır - STATİSTİKA

Biznes kreditlərinin çox hissəsini iri sahibkarlar alır - STATİSTİKA

Azərbaycanda biznes kreditləri üzrə ümumi borcun məbləği 14,41 milyard manata çatıb. 


Sfera.az Mərkəzi Bankın açıqladığı statistik məlumatlara istinadən xəbər verir ki, bu borcun 8,065 milyard manatı, yəni 56 faizi iri sahibkarların aldığı kreditlər üzrə yaranıb. 


Bu ilin ilk 9 ayı ərzində iri sahibkarların kredit borclarında 1,813 milyard manat artım müşahidə edilib.Kredit borcuna görə ikinci sırada mikro sahibkarlar dayanır. Onların 2,952 milyard manat borcu var və ilk 9 ayda borcları 322 milyon manat artıb. 


Orta sahibkarlar sinifinin 1,78 milyard manat, kiçik sahibkarların isə 1,61 milyard manat kredit borcu var. İlk 9 ayda orta sahibkarların kredit borcu 371 milyon manat azalıb, kiçik sahibkarların borcu 26 milyon manat artıb. 


Bu məlumatlardan görünür ki, Azərbaycanda biznes kreditlərinin daha çox hissəsi iri sahibkarlıq subyektlərinə, ən az hissəsi isə kiçik və orta sahibkarlara verilir. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Türkiyəli nazir müavini COP29-a qatıldı

Türkiyənin Ailə və Sosial Xidmətlər nazirinin müavini Adil Çalışkan Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransın...

100-dən çox xarici televiziya kanalı ilə bağlı tədbir görüldü

“Media haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Azərbaycan Respublikasında lisenziya alaraq fəaliyyət göstərən multipleks və platform...

Leyla Əliyeva Qlobal Liderlərin Dialoqunda iştirak etdi - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühit Naminə Qlobal Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 21-də COP29 Sədr...

Niyam Rəmişin xanımını işdən çıxardıb?

Aparıcı Zaur Kamal müğənni Niyam Salaminin mərhum Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Gülünü sahibi olduğu restoranda işdən çıxartdığını deyib. ...

Ən hündür və ən qısa qadınlar tarixdə ilk dəfə görüşdülər: Ortaq cəhətləri nələrdir?

Londonun “The Savoy” otelində qeyri-adi görüş baş tutub. Dünyanın ən qısa qadını, hindistanlı 30 yaşlı Cyoti Amge (boyu 63 sm) ilk dəfə planetin ən ...

Hesablama Palatası məlumat yaydı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında İşsizlikdən Sığorta Fondu investisiya fəaliyyəti barədə məlumat vermir.   Sfera.az xəbər verir...