ABB Mastercard-la birgə dayanıqlılıq mövzusunda hakatona start verir!

ABB Mastercard-la birgə dayanıqlılıq mövzusunda hakatona start verir!

ABB uzunmüddətli tərəfdaşı olan Mastercard şirkəti ilə birgə Sustainability Sandbox Hakatonuna start verdiyini elan edib. Hakatonun məqsədi Azərbaycanın ev sahibliyi etdiyi COP29 dövründə iqlim dəyişikliyinə qarşı mübarizəyə töhfə verən fintek ideyalarının təqdim olunmasıdır.

 

Hakaton onlayn keçiriləcək, noyabrın 14-dən 18-dək davam edəcək. Qalib komandaya 10 000 ABŞ dolları məbləğində mükafat veriləcək. Komanda öz ideyalarını reallaşdırmaq üçün Mastercard-ın Sandbox xidmət platformasından faydalanmaq imkanı da qazanacaq. Belə ki, qalib startapçılara öz ideyalarını təcrübədən keçirmək üçün Mastercard-ın xüsusi məlumat bazasına çıxış imkanı yaradılacaq. İdeya özünü doğruldarsa, Mastercard onun geniş planda reallaşmasına dəstək verəcək.

 

İştirak üçün müraciətlərin qəbulu zamanı karbon emissiyalarının izlənməsi və ESG həllərinə xüsusi diqqət yetiriləcək.

 

İştirak etməkdə maraqlı olan startapçılar 6 noyabr tarixinə qədər bu linkdə qeydiyyatdan keçə bilərlər. Ətraflı məlumat üçün: [email protected]

 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


OXŞAR XƏBƏRLƏR

Aeroportdan öz avtomobilinizlə çıxa bilməyəcəksiniz - AYNA sədri açıqladı

Aeroporta daxil olan nəqliyyat vasitələri Terminal 2-nin qarşısında sərnişinləri düşürə biləcəklər, amma 11-12-13 noyabr tarixlərində oradan sərnişin götürə bil...

Məcburi köçkünlərin məlumatları sistemi yaradılacaq

Azərbaycanda məcburi köçkünlərin məlumatları sistemi yaradılacaq.   Bu barədə Sfera.az-a dövlət satınalmalarının vahid internet portalına istinadən x...

COP29 zolağına bu taksilər də daxil ola biləcək

COP29 zolaqlarından bu tədbir üçün nəzərdə tutulmuş xüsusi qırmızı rəngli elektrikli taksilər istifadə edə biləcək.   Sfera.az xəbər verir ki, bunu C...

Mark Zukerberq ofisini müvəqqəti olaraq lüks yaxta ilə dəyişdi

Amerikalı milyarder və proqramçı Mark Zukerberq müvəqqəti olaraq Silikon Vadisindəki ofisini açıq okeana gedən dəbdəbəli 118 metrlik yaxtası ilə dəyişib. &nb...

Azərbaycanda sarı xəbərdarlıq elan olundu

Noyabrın 2-3-ü gecə və səhər Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti...

Polkovnikin dediyi araşdırılacaq - DTX-yə müraciət edildi

Müdafiə Nazirliyindəki 143 milyonluq yeyinti ittihamı ilə mühakimə edilən general Nizami Məmmədov və üç zabitin məhkəmə istintaqı yekunlaşır.   Sfera...