Mərkəzi Bank valyuta bazarına MÜDAXİLƏ ETDİ - Son 10 ayda ilk dəfə

Mərkəzi Bank valyuta bazarına MÜDAXİLƏ ETDİ - Son 10 ayda ilk dəfə

Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrda valyuta bazarına satış yönlü müdaxilə edib.

 

Sfera.az AMB-yə istinadən xəbər verir ki, satış yönlü müdaxilə edilməsinə səbəb dövlət xərclərinin artmasıdır:

 

“Xarici valyutada dövlət xərclərinin (dövlət layihələri və tədbirləri, müdafiə, xarici valyutada öhdəliklərin azaldılması və digər strateji əhəmiyyətli) icrasına dəstək məqsədilə 424 milyon ABŞ dolları məbləğində xüsusi satış olub. Beləliklə, Mərkəzi Bankın valyuta ehtiyatları 10 ayda 241 milyon ABŞ dolları azalıb. Valyuta satışı Mərkəzi Bank tərəfindən 2023-cü ildə valyuta bazarından alınan 2,1 milyard ABŞ dolları həcmində xarici valyuta hesabına aparılıb”.

 

AMB-nin açıqlamasına görə, valyuta satışı əvvəlki illərdə alış yönlü valyuta müdaxiləsi hesabına artan pul kütləsinin bir hissəsini sterilizasiya etməyə imkan verir ki, bu da ortamüddətli dövrə makroiqtisadi dayanıqlığı dəstəkləyir.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Fırıldaqçıların yeni pul oğurluğu sxemi – DİQQƏTLƏ OXUYUN!

Fırıldaqçılar yeni sxemlərə əl atıblar. İndi onlar oğurlanmış pulların çıxarılması üçün vətəndaşların qanuni bukmeker saytlarındakı hesablarından istifadə edirl...

İstanbulda dənizdə çimmək qadağan edildi

Türkiyənin İstanbul və digər iki vilayətində qasırğanın yaxınlaşması ilə əlaqədar dənizdə üzmək qadağan edilib.   Sfera.az xəbər verir ki, bu ba...

Yekaterinburqda azərbaycanlılara qarşı zorakılıq törədənlər barədə araşdırma BAŞLADI

Yekaterinburqda azərbaycanlılara qarşı əməliyyat keçirən, həmyerlilərimizə qarşı vəhşilik və zorakılıq törədən Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları ba...

Prezident Fikrət Məmmədovla bağlı Sərəncam imzaladı

Fikrət Fərrux oğlu Məmmədov "Şərəf" ordeni ilə təltif edilib.   Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu...

Fransa, Almaniya və Böyük Britaniya birgə bəyanat yaydı

Fransa, Almaniya və Böyük Britaniya Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossiyə qarşı edilən hədələri qınayan birgə bəyanat ...

İranda zəlzələ oldu

İranda zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlu...