Cənubi Qafqazda ən az idxal Azərbaycandadır - MÜQAYİSƏ
Cənubi Qafqaz ölkələri arasında idxalın adambaşına düşən məbləğinə görə, Azərbaycan ən az idxal həyata keçirən ölkədir.
Sfera.az xəbər verir ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın 14,6 milyard dollar dəyərində idxalı olub. Eyni dövrdə Ermənistanın və Gürcüstanın hər birinin ayrılıqda idxalı 12 milyard dollar təşkil edib.
İdxalın adambaşına düşən həcmi Azərbaycanda 1 434 dollar, Gürcüstanda 3240 dollar, Ermənistanda isə 4 026 dollardır. Əgər Azərbaycanın idxalı Ermənistanda olduğu kimi, adambaşına 4 min dollar təşkil etsəydi, o halda idxalımızın həcmi 40 milyard dolları keçəcəkdi.
Onu da bildirək ki, Cənubi Qafqaz ölkələri arasında yalnız Azərbaycanın xarici ticarətində müsbət fərq müşahidə edilir.
Xarici ticarət kəsiri Ermənistanda 2,3 milyard dollar, Gürcüstanda isə 7,2 milyard dollar olub.
Vasif
Sfera.az