Xarici turistlər niyə rayonlara az gedirlər? - AÇIQLAMA

Xarici turistlər niyə rayonlara az gedirlər? - AÇIQLAMA

Azərbaycana gələn turistlərin 80 faizindən çoxu Bakı şəhərinə üstünlük verirlər.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

 

“Bu o deməkdir ki, ölkəyə gələn hər 100 turistdən cəmi 19-u Bakıdan kənara, rayonlara gedirlər. 2024-cü ilin ilk 9 ayında turistlərin ikinci ən çox üstünlük verdiyi rayon Qəbələdir. Azərbaycana gələnlərin 4,7 faizi sözügedən rayonda qalıblar. Bütövlükdə, turistlərin 4.3 faizi Qusarda, 3,7 faizi Naftalanda, 3,5 faizi Qubada, 0,6 faizi Şabranda, 2,2 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalara üstünlük veriblər. Göründüyü kimi, bölgələrimiz xarici tursit cəlb etməkdə paytaxt hotellərinə yenə də uduzurlar. Paytaxtın infrastrukturunu nəzərə aldıqda, bu, normal qarşılana bilsə də regional gecələmə sayında fərqin böyük olması diqqəti çəkir. Təəssüf ki, hələ də bölgələr turizm potensialını tam təqdim edə bilmirlər bu da xarici turist cəlbində çətinlik yaradır. Digər tərəfdən, əksər rayonlarda turizm xidmətlərinin qiyməti yüksək olaraq qalmaqdadır. Keyfiyyət isə hələ də standartlardan geri qalır”.

 

Deputat qeyd edib ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 27,0 faiz artaraq 1 milyon 772 min olub.

 

“Azərbaycanda hotellərə üstünlük verən əcnəbilər arasında Hindistan vətəndaşları birincidir: Ümumi sayının 19,9 faizi Hindistan, 13,8 faizi Rusiya, 8,7 faizi Səudiyyə Ərəbistanı, 7,0 faizi Türkiyə, 5,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3,6 faizi ABŞ, 3,0 faizi Küveyt, 2,8 faizi Qazaxıstan, 2,5 faizi İsrail, 2,5 faizi Böyük Britaniya, 2,4 faizi Pakistan, 2,2 faizi Özbəkistan, 2,1 faizi Çin, 1,3 faizi Almaniya, 1,1 faizi İtaliya, 21,5 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb. Bu müddətdə hotellərin gəlirləri 26,7 faiz artaraq 468,5 milyon manat olub. Göründüyü kimi, hotellərin gəlirlərinin artmasına baxmayaraq, yenə də əsas qazanc Bakı mehmanxanalarının payına düşüb”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Milli Qəhrəman Natiq Qasımovun xatirəsi yad edildi

Birinci Qarabağ müharibəsində torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun doğum günü ...

Azərbaycan XİN: ABŞ-dəki hücumu qətiyyətlə pisləyirik

Azərbaycanın Xarici İşlər Nazirliyi ABŞ-nin Luiziana ştatının Nyu-Orlean şəhərində sürücünün yük maşınını izdihamın üzərinə sürməsi nəticəsində onlarla insanın ...

Çin yeni amfibiya hücum gəmisini suya buraxdı

Çin reaktiv atma qabiliyyətinə malik amfibiya hücum gəmisini nümayiş etdirib.   Sfera.az xəbər verir ki, Type 076 gəmisi döyüş təyyarələrinin göyərt...

“AirBaltic” 4600-dən çox reysi ləğv edəcək

“AirBaltic” aviaşirkəti 2025-ci ilin yay mövsümü üçün 19 marşrut üzrə uçuşları ləğv edir.   Sfera.az xəbər verir ki, bu barədə “Bal...

Əli Əsədov monteneqrolu həmkarına başsağlığı verdi

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Çetinye şəhərində törədilmiş silahlı hücum ilə bağlı Monteneqronun Baş naziri Miloyko Spaiçə başsağlığı məktubu...

Həkimlər Azər Baxşəliyevin ürəyinin fəaliyyətini bərpa edib - YENİLƏNİB-2

Həkimlər ağır vəzyyətdə olan aktyor Azər Baxşəliyevin ürəyinin fəaliyyətini bərpa edib, o, süni tənəffüs aparatına qoşulub.   Sfera.az xəbər verir ki...