Neft qiymətləri ilə bağlı MÜHÜM PROQNOZ - Nəhəng investisiya bankı bədbindir
İqtisadiyyat
12:02 / 28.10.2024
12506
Dünyanın ən böyük investisiya banklarından olan ABŞ-nin “Citigroup” bankı neft qiymətlərinin düşəcəyini pronozlaşdırıb.
Sfera.az xəbər verir ki, bank “Brent” neftinin qiymətinin yaxın 3 ay ərzində 74 dollardan 70 dollara, altı-on iki ay ərzində isə 60 dollara enəcəyini təxmin edib.
“Citigroup” pronozlaşdırır ki, Yaxın Şərqdəki geosiyasi risklərin azalması ilə neft təchizatındakı narahatçılıq aradan qalxacaq. Bununla belə, risklərin hələ də davam etdiyini qeyd edən “Citigroup” neft qiymətlərində böyük artım ehtimalını 10 faiz səviyyəsinə qiymətlənirib.
Əvvəlki hesablamalarda neftin bahalaşma ehtimalı 20 faiz idi.
Vasif