Logo

Banklar faizlərdən nə qədər QAZANIR? - SON RƏQƏMLƏR

Banklar faizlərdən nə qədər QAZANIR? - SON RƏQƏMLƏR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda fəaliyyət göstərən banklar yanvar-sentyabr ayları ərzində faizlərdən 2,88 milyard manat gəlir əldə edib.

Sfera.az xəbər verir ki, bankların bu müddətdə faiz xərcləri isə 848 milyon manat təşkil edib.

Nəticədə banklar faizlərdən 2 milyard manat xalis gəlir əldə edib. Bankların faiz gəliri faiz xərclərindən 3,4 dəfə çox olub. Faiz gəlirlərinin böyük hissəsi kredit faizlərindən əldə olunub. Kredit götürənlər 9 ayda 2,23 milyard manat faiz ödəyib.

Banklar qazandıqları faizlərdən cəmi 636 milyon manatını banka depozit yerləşdirənlərə ödəyib.

Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR