Son 3 ayda dollar alışı ARTIB - RƏQƏMLƏR

Son 3 ayda dollar alışı ARTIB - RƏQƏMLƏR

Son 3 ayda (iyul, avqust və sentyabr) Azərbaycanda nağd şəkildə alınan dolların məbləğində artım, satışında isə azalma müşahidə edilib.

 

Sfera.az Mərkəzi Bankın statistik məlumatlarına istinadən xəbər verir ki, 2024-cü ilin iyununda banklardan və digər maliyyə qurumlarından 109,3 milyon dollar nağd şəkildə alınmışdı. Nağd alınan dolların məbləği iyulda 155 milyon dollara, avqustda 195,1 milyon dollara, sentyabrda 253,5 milyon dollara yüksəlib.

 

Dollar alışının artmasına paralel olaraq dollar satışı da azalıb. Bu ilin iyununda 148,9 milyon dollar satılmışdı. İyulda satış həcmi 179,3 milyon dollara yüksəldiyi halda, avqustda 156,3 milyon dollara, sentyabrda 135,2 milyon dollara enib.

 

Ümumilikdə, bu ilin ilk 9 ayı ərzində nağd şəkildə 1,97 milyard dollar alınıb, 1,26 milyard dollar satılıb. Ötən illə müqayisədə bu il dollar alışında ciddi artım var. 2023-cü ilin 9 ayında 1,11 milyard dollar alınmışdı.

 

Müqayisədən görünür ki, bu il dollar alışı 860 milyon dollara yaxın artıb. Dollar alışının artması bu valyutaya olan tələbin yüksəlməsi ilə bağlıdır.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

2024-cü ilin ən yaxşı pleymeykeri adına namizədlər bəlli oldu

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2024-cü ilin ən yaxşı pleymeykeri adına namizədlərin adlarını açıqlayıb.   Sfera.az&n...

İlham Əliyev Paşinyanla BRİCS Sammitində söhbət etdi- VİDEO + FOTOLAR

Xəbər verdiyimiz kimi, hazırda Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatının ilk plenar iclası keçirilir. A...

"Ankarada törədilən terror aktı Türkiyənin terrorla mübarizə əzmini gücləndirib" - Ərdoğan

Ötən gün Ankarada TUSAŞ-ın müəssisəsində törədilən terror aktı Türkiyənin terrorla mübarizə əzmini gücləndirib.   Sfera.az xəbər verir ki, bunu Türki...

Məşhur xalq artisti vəfat etdi - Ölüm səbəbi + FOTO

Rusiyanın Xalq artisti Yevgeni Knyazev vəfat edib.   Sfera.az Rusiya mətbuatına istinadən xəbər verir ki, aktyor 82 yaşında dünyasını dəyişib. O...

"İxtisaslarla bağlı əsaslı islahatlara ehtiyac var" - Nazir

Ali təhsil müəssisələrində tədris olunan ixtisaslarla bağlı əsaslı islahatlara ehtiyac var və buna mütəmadi olaraq baxılmalıdır.   Sfera.az xəbər ver...

"Azərbaycanda 90 %-dən artıq məktəb təmirlidir" - Emin Əmrullayev

Hazırda Azərbaycanda 90 %-dən artıq məktəb təmirlidir.   Sfera.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasın...