“BRICS taxıl birjası yaradılmalıdır” - Putindən TƏKLİF

“BRICS taxıl birjası yaradılmalıdır” - Putindən TƏKLİF

Rusiya "ədalətli və proqnozlaşdırıla bilən" qiymət göstəricilərini formalaşdırmaq üçün BRICS taxıl birjasını yaratmağı təklif edir.

 

Sfera.az TASS-a istinadən xəbər verir ki, bu təklifi Kazanda XVI BRICS Sammiti çərçivəsində keçirilən görüşlərin birində çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putin səsləndirib.

 

Putin qeyd edib ki, taxıl ərzaq təhlükəsizliyinin təmin edilməsində xüsusi rol oynayır. Onun fikrincə, birjanın açılması milli bazarları mənfi xarici müdaxilələrdən, spekulyasiyalardan və süni ərzaq qıtlığına səbəb olmaq cəhdlərindən qorumağa kömək edəcək:

 

“Zaman keçdikcə biz taxıl birjasını tamhüquqlu əmtəə birjasına çevirmək barədə düşünə bilərik”.

 

Xatırladaq ki, ilk dəfə bu təklifi Rusiya Taxıl İxracatçıları İttifaqının İdarə Heyətinin sədri Eduard Zernin səsləndirib. O bu ilin martında Vladimir Putinin aqrar-sənaye kompleksinin işçiləri ilə görüşündə BRİCS taxıl birjasının yaradılması təşəbbüsü ilə çıxış edib. Rusiya Prezidenti bu ideyanı bəyənib və birliyin bir çox ölkələrinin buna maraq göstərəcəyi barədə fikir bildirib. İyunun sonunda isə Rusiyanın kənd təsərrüfatı naziri Oksana Lut BRİCS ölkələrinin bu təklifi dəstəklədiyini deyib.

 

Qeyd edək ki, BRICS-ə üzv ölkələr dünyada taxılın 30-40 faizini istehsal edir.

 

Vasif

 


OXŞAR XƏBƏRLƏR