Rusiya Çinlə ticarətdə dollardan istifadə etmir - AÇIQLAMA

İqtisadiyyat
18:00 / 19.08.2024
7464
Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib ki, Çinlə ticarətində rubl və yuanın payı 90 faizi keçib.
Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, 2023-cü ildə iki ölkə arasında ticarətin həcmi keçən il əvvəlki ilə nisbətən 26,3 faiz artaraq 240,1 milyard dollara çatıb.
A.Siluanov Rusiya ilə Çin arasındakı ticarət həcminin bu il gözləntiləri aşacağını ifadə edərək ticarətin daha çox hissəsinin rubl və yuanla aparılacağını qeyd edib:
“Bu ilin 7 ayının yekunlarına görə, ticarət həcmində artım ilin sonunda yenilənməsi üçün lazımi şərait yaradır. İlin sonunda ticarətdə milli valyutaların payı 90 faizdən çox olacaq”.
Vasif