Azərbaycan məhsul idxalını kəskin artırıb

Azərbaycan məhsul idxalını kəskin artırıb
 
2016-cı ilin yanvar-noyabr aylarında Azərbaycana 1 mln. 268,1 min ton buğda idxal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 9,1% çoxdur. Bu barədə "İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata əsasən, respublikaya idxal olunmuş buğdanın ümumi dəyəri $234 mln. 351,8 min (azalma 9,3%) təşkil edib.

Hesabat dövründə Azərbaycana $141 mln. 649,1 min dəyərində (artım 47,5%) 346,8 min ton şəkər xammalı və şəkər (artım 56%), $100 mln. 37,1 min dəyərində (artım 74%) 110,4 min ton bitki yağı (artım 17%), $35 mln. 59,9 min dəyərində (artım 2,9 dəfə) 10 min 96,5 ton çay (artım 84%), $40 mln. 578,5 min dəyərində (artım 2,2 dəfə) 11 min 939,4 ton kərə yağı və süd (artım 4,5%) idxal edilib.

Yanvar-noyabr aylarında respublikaya $49 mln. 556,2 min dəyərində (artım 79,1%) 56 min 352,4 ton meyvə (artım 11,7%), $16 mln. 14 min dəyərində (artım 3 dəfə) 41 min 956,5 ton tərəvəz (artım 84,8%), $26 mln. 8,1 min dəyərində (artım 3,4 dəfə) 141,6 min ton kartof (artım 51,4%) idxal edilib.

Hesabat dövründə ölkədən $96 mln. 209,1 min dəyərində (artım 61%) 108 min ton tərəvəz (artım 47,8%), $158 mln. 521,7 min dəyərində (artım 12%) 116,7 min 337,6 ton meyvə (artım 24,7%), $15 mln. 781,2 min dəyərində (azalma 24,4%) 38 min 203,1 ton kartof (artım 4,5%), $4 mln. 938,9 min dəyərində (azalma 66,7%) 918,5 ton çay (azalma 71,3%) ixrac edilib.

Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $54 mln. 32,7 min dəyərində (azalma 70,4%) 95 min 364,6 ton şəkər (azalma 47,2%), $7 mln. 783,8 min dəyərində (azalma 84,6%) 7 min 456,1 ton bitki yağı (azalma 63,7%) ixrac edilib.



OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...