Lüks avtomobillər üçün aksiz dərəcəsi artırılır

Lüks avtomobillər üçün aksiz dərəcəsi artırılır

Azərbaycana idxal olunan minik avtomobillərinə, istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə görə aksiz dərəcəsi artırılır. "APA-Economics" xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında vergilər naziri Fazil Məmmədovməlumat verib.

Onun sözlərinə görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişikliyin edilməsi nəzərdə tutulur.

Qanun layihəsinə əsasən, mühərrikin həcmi 2000 kubsantimetrədək olan minik avtomobilləri üçün aksiz dərəcəsi dəyişməyib.

Mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda 400 manat və əlavə olaraq mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 3 manat aksiz dərəcəsi müəyyənləşdirilib. Buna qədər belə avtomobillərin idxalı zamanı 400 manat və əlavə olaraq mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 1,5 manat aksiz dərəcəsi ödənilirdi.

Mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda 3400 manat və əlavə olaraq  mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 8 manat aksiz dərəcəsi müəyyənləşdirilib. Buna qədər belə avtomobillərin idxalı zamanı 1900 manat və əlavə olaraq mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 4 manat aksiz dərəcəsi ödənilirdi.

Mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda 11400 manat və əlavə olaraq  mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 20 manat aksiz dərəcəsi müəyyənləşdirilib. Buna qədər belə avtomobillərin idxalı zamanı 5900 manat və əlavə olaraq mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 8 manat aksiz dərəcəsi ödənilirdi.

Mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda 31400 manat və əlavə olaraq mühərrikin həcminin 5000 kubsantimetrdən çox olan hissəsi üçün hər kubsantimetrə görə  40 manat aksiz dərəcəsi müəyyənləşdirilib. Buna qədər belə avtomobillərin idxalı zamanı 13900 manat və əlavə olaraq mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 10 manat aksiz dərəcəsi ödənilirdi.
 
İstirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrin mühərrikinin həcminin hər kubsantimetrinə  görə 6 manat aksiz dərəcəsi müəyyənləşdirilib. Buna qədər belə avtomobillərin idxalı zamanı 3 manat aksiz dərəcəsi ödənilirdi.
 
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 


OXŞAR XƏBƏRLƏR

Qəzadan sağ çıxanlar və yaxınlarını itirənlər... - Aldıqları travmalardan necə xilas ola bilərlər?

Xəbər verdiyimiz kimi, çərşənbə günü səhər saatlarında Qazaxıstanın Aktau şəhəri yaxınlığında Bakı-Qroznı reysi ilə uçan Azərbaycan Hava Yollarına məxsus təyyar...

Modriç karyerasını bitirəcəyi vaxtı açıqladı

İspaniyanın “Real Madrid” komandasının futbolçusu Luka Modriç karyerasını bitirmək qərarına gəlib.   Sfera.az xarici mətbuata istina...

Türkiyə Mərkəzi Bankı faizlərdə dəyişiklik etdi - RƏSMİ

Türkiyə Mərkəzi Bankı uzun fasilədən sonra ilk dəfə olaraq uçot dərəcəsini endirib.   Sfera.az xəbər verir ki, bu gün elan olunan dəyişikliyə əsasən...

BƏƏ Prezidenti İlham Əliyevə başsağlığı verdi

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.   Sfera.a...

NATO-dan təyyarə qəzası ilə bağlı ÇAĞIRIŞ

NATO-nun sözçüsü Fərəh Daxlallah Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib   Sfera.az xəbər verir ki, bu barədə o, “X&...

Nağd dollar alışı rekord həddə çatdı - STATİSTİKA

Azərbaycanda nağd şəkildə banklardan və digər maliyyə qurumlarından alınan dolların məbləği 2 milyard 430 milyon dollara çatıb.   Sfera.az xəbər ver...