Vergi Məcəlləsinə 200-dan çox dəyişiklik ediləcək

Vergi Məcəlləsinə 200-dan çox dəyişiklik ediləcək

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilir.
 
"APA-Economics"in məlumatına görə, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, prezident İlham Əliyev tərəfindən Milli Məclisə ölkədə iqtisadi fəallığın artırılması, sahibkarlığın inkişaf etdirilməsi, bütövlükdə dövlətin davamlı inkişafını nəzərdə tutan qanun layihələri təqdim edilib. Qlobal iqtisadi sarsıntıların, neftin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına təsir etdiyini deyən Z. Səmədzadə bildirib ki, risklərin ölkə iqtisadiyyatına təsirinin azaldılması ilə bağlı ciddi işlər görülür: "Azərbaycan dövləti 25 illik müstəqillik dövründə çox ciddi uğurlar əldə edib. Son illərdə neftin ucuzlaşması, qlobal sarsıntılar Azərbaycan iqtisadiyyatına təsir edib. Təqdim edilmiş qanun layihələri bu təsirlərin azaldılmasına, ölkənin davamlı inkişafına xidmət edir".
 
Vergilər naziri Fazil Məmmədov qeyd edib ki, təqdim edilmiş qanun layihələri nağd hesablaşmaların azaldılması, elektron ticarətin vergiyə cəlb olunması, vergi yükünün azaldılması, vergi inzibatçılığının sadələşdirilməsi, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, vergi orqanlarının göstərdiyi xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədinə xidmət edir: "Vergi Məcəlləsinə 115 yeni maddə, 83 dəyişiklik, 3 maddənin ləğvi də daxil olmaqla 201 dəyişiklik nəzərdə tutulur. Bunlardan 123 maddə vergi inzibatçılığının təkmilləşdirilməsi, uçot-qeydiyyatın asanlaşdırılması, 34 maddə vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, 8 maddə vergi yükünün azaldılması, azadolma və güzəştləri əhatə edir".


OXŞAR XƏBƏRLƏR

Qəzadan sağ çıxanlar və yaxınlarını itirənlər... - Aldıqları travmalardan necə xilas ola bilərlər?

Xəbər verdiyimiz kimi, çərşənbə günü səhər saatlarında Qazaxıstanın Aktau şəhəri yaxınlığında Bakı-Qroznı reysi ilə uçan Azərbaycan Hava Yollarına məxsus təyyar...

Modriç karyerasını bitirəcəyi vaxtı açıqladı

İspaniyanın “Real Madrid” komandasının futbolçusu Luka Modriç karyerasını bitirmək qərarına gəlib.   Sfera.az xarici mətbuata istina...

Türkiyə Mərkəzi Bankı faizlərdə dəyişiklik etdi - RƏSMİ

Türkiyə Mərkəzi Bankı uzun fasilədən sonra ilk dəfə olaraq uçot dərəcəsini endirib.   Sfera.az xəbər verir ki, bu gün elan olunan dəyişikliyə əsasən...

BƏƏ Prezidenti İlham Əliyevə başsağlığı verdi

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.   Sfera.a...

NATO-dan təyyarə qəzası ilə bağlı ÇAĞIRIŞ

NATO-nun sözçüsü Fərəh Daxlallah Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib   Sfera.az xəbər verir ki, bu barədə o, “X&...

Nağd dollar alışı rekord həddə çatdı - STATİSTİKA

Azərbaycanda nağd şəkildə banklardan və digər maliyyə qurumlarından alınan dolların məbləği 2 milyard 430 milyon dollara çatıb.   Sfera.az xəbər ver...