Elmar Məmmədov Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyindən kənarlaşdırılıb
21:02 / 13.12.2016
1569
Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasında dəyişiklik olub. Fonddan "APA-Economics"ə verilən məlumata görə, Elmar Məmmədov Şuranın üzvlüyündən kənarlaşdırılıb.
Onu müvəqqəti olaraq Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev əvəz edəcək.
Xatırladaq ki, dekabrın 8-də "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Müşahidə Şurasının növbədənkənar toplantısı keçirilib. Şuranın qərarı ilə Elmar Məmmədov İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
Şuranın digər qərarı ilə Xalid Əhədov İdarə Heyətinin üzvü seçilib. Eyni zamanda, İdarə Heyətinin sədri vəzifəsinin icrası da müvəqqəti olaraq ona həvalə olunub.