Azərbaycanda geoparklar yaradılacaq

Azərbaycanda geoparklar yaradılacaq

Azərbaycanda ilk dəfə olaraq yeni növ beynəlxalq statuslu xüsusi mühafizə rejimli ərazilərin-geoparkların yaradılması və ölkəmizin YUNESKO-nun Qlobal Geoparklar Şəbəkəsinə qoşulması nəzərdə tutulur.

 

Sfera.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev “Azərbaycanda bəbirlərin populyasiyası, bioloji müxtəlifliyin bərpası istiqamətində görülən işlər və  ekoloji turizmin inkişafına dair planlaşdırma" mövzusunda ETSN-də keçirilən mətbuat konfransında bildirib.

 

O qeyd edib ki, ölkəmizdə ilk dəfə olaraq Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında Biosfer Qoruğu yaradılır. Bununla bağlı,  YUNESKO-nun “İnsan və Biosfer Proqramı”na təqdim ediləcək nominasiya dosyesinin  hazırlanması prosesi yekunlaşıb. 


Ölkəmizdə bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan ərazilər şəbəkəsinin genişləndirilməsi məqsədilə Samux və Qax rayonları, Alazan (Qanıx) çayı vadisi və Axar-baxar dağ silsiləsinin ərazisində yeni milli parklın yaradılması ilə bağlı işlər davam etdirilir. Bununla bağlı işçi komanda formalaşdırılıb və işlər  aparılır.

 

Hazırda ölkəmizdə ümumi sahəsi 893 000  hektara qədər olan 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Bununla yanaşı xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi ilə bağlı bir sıra işlər həyata keçirilir.


OXŞAR XƏBƏRLƏR

Prezidentin şuşalılarla səmimi SÖHBƏTİ

Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyev, ölkəmizdə səfərdə olan Özbəkistan lideri Şavkat Mirziyoyev və Qırğız Respublikasının başçısı Sadır Jap...

Siqaret yaşlı insanların zehni qabiliyyətlərini azaldır

Siqaretin qocalıqda zehni geriləmə sürətinə təsir edən əsas həyat tərzi faktoru olduğu sübut edilib.    Sfera.az xəbər verir ki, London Universi...

Mişel Obama ABŞ prezident seçkisində iştirakdan imtina etdi

Co Bayden və Donald Tramp arasındakı debat demokratlar üçün ağır zərbə olub və keçmiş ABŞ prezidentinin vəzifəyə qayıtma şansını artırıb.   Sfera.az ...

Sumqayıtda üzərinə şüşə düşən 12 yaşlı qız öldü

Sumqayıtda bədbəxt hadisə baş verib.   Sfera.az xəbər verir ki, şəhərin 1-ci mikrorayonunda üzərinə şüşə düşməsi nəticəsində 2012-ci il təvəllüd...

İspaniya - Almaniya görüşünün ən yaxşı futbolçusu açıqlandı

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Almaniya yığmaları arasında 1/4 final oyununun (2:1) ən yaxşı futbolçusu bəlli olub. &n...

Prezidentlərin Şuşada qeyri-rəsmi naharı oldu

İyulun 5-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin və Qırğız Respublikasının Pre...