Azərbaycan İtaliya şirkəti ilə “yaşıl enerji dəhlizi” üzrə əməkdaşlığı MÜZAKİRƏ ETDİ

Azərbaycan İtaliya şirkəti ilə “yaşıl enerji dəhlizi” üzrə əməkdaşlığı MÜZAKİRƏ ETDİ

Azərbaycan və İtaliyanın "CESI" şirkəti arasında “yaşıl enerji dəhlizi” üzrə əməkdaşlıq müzakirə edilib.

 

Sfera.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, energetika naziri Pərviz Şahbazovun İtaliyaya səfəri çərçivəsində “CESI” şirkətinin icraçı direktoru Nicola Melchiottinin rəhbərliyi ilə geniş tərkibli görüş keçirilib.

 

Enerji, texnologiya və innovasiya üzrə dünyada aparıcı məsləhətçi şirkətlərdən olan “CESI”nin 70-dən çox ölkədə xidmətləri, enerji sahəsində ötürücü infrastrukturun planlaşdırılması və mühəndisliyi, şəbəkənin modernləşdirilməsi və bərpa olunan enerji istiqamətlərində fəaliyyətinə dair təqdimatlar edilib.

 

Görüşdə “Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan arasında Yaşıl Enerji Dəhlizi”nin texniki-iqtisadi əsaslandırması prosesinin gedişatına və bərpa olunan enerji güclərinin şəbəkəyə qoşulması üzrə əməkdaşlığa dair müzakirələr aparılıb. “Yaşıl enerji” bağlantılarının enerji təhlükəsizliyi və enerji keçidini geniş coğrafiyada təmin edən əhəmiyyətindən bəhs olunub. “Yaşıl enerji dəhliz”ləri təşəbbüsünün COP29-un Fəaliyyət Gündəliyinin prioritetlərindən biri kimi nəzərdən keçirildiyi qeyd olunub və COP çərçivəsində birgə tədbirin keçirilməsi razılaşdırılıb.

 

Nazir, həmçinin “CESI” şirkətinin laboratoriyasına da baş çəkib, burada elektrik komponentlərinin və sistemlərinin etibarlılığını, təhlükəsizliyini təmin etməyə yönəlmiş müxtəlif sınaq növlərinə baxış keçirilib.


OXŞAR XƏBƏRLƏR

Almaniyada Şolzun partiyasının qərargahı ATƏŞƏ TUTULDU

Saksoniyada ştat seçkilərinin keçirilməsinə bir neçə həftə qalmış  naməlum şəxslər Almaniya Sosial Demokrat Partiyasının Drezdendəki  qərargahını atəş...

Biometrik pasportu olmayan rusiyalılar Çexiyaya BURAXILMAYACAQ

Çexiya hökuməti Rusiya vətəndaşlarına ölkəyə biometrik pasportsuz daxil olmanı qadağan edib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlə...

Alimlər xərçənglə mübarizə aparmaq üçün yeni növ brokkoli yaratmağı TƏKLİF ETDİLƏR

Çinin Hunan Kənd Təsərrüfatı Universitetinin alimləri  müəyyən ediblər ki, brokkolinin tərkibindəki  MAM1 geni xərçəng əleyhinə birləşmələrin istehsal...

Peskov Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçiliyi İSTİSNA ETDİ

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna ilə danışıqlarda vasitəçilik edə bilməyəcək.    Sfera...

"Arsenal" icarə əsasında çıxış edən futbolçunu TRANSFER ETDİ

Ötən mövsümü icarə əsasında İngiltərə təmsilçisi "Arsenal"da keçirən qapıçı David Raya London klubuna transfer olunub.   Sfera.az klubun mə...

XİN Azərbaycan, Türkiyə və Pakistan üçtərəfli görüşünə dair Birgə Bəyanat YAYDI

Xarici İşlər Nazirliyi Azərbaycan, Türkiyə və Pakistan üçtərəfli görüşünə dair Birgə Bəyanat yayıb.   Sfera.az xəbər verir ki, bəyanatda deyilir: ...