Yol kənarlarında açıq şəkildə satılan qida məhsulları... - AQTA nəzarət edirmi? - FOTOREPORTAJ

Yol kənarlarında açıq şəkildə satılan qida məhsulları... - AQTA nəzarət edirmi? - FOTOREPORTAJ

Demək olar, vətəndaşların əksəriyyəti gündəlik qida rasionuna daxil olan məhsulları yol kənarında küçə ticarəti ilə məşğul olanlardan alırlar. Bunlara meyvə-tərəvəz, şirniyyat, ət məhsulları və.s daxildir.

 

Digər tərəfdən isə, havaların isti keçməsi bəzi sualların yaranmasına səbəb olur. Məsələn, açıq havada qalan qida məhsulları nə dərəcədə təhlükəsizdir? Hansı risklər var? Bu cür qida zəncirinə hansısa qurum nəzarət edirmi?

 

Bu suallar bütün istehlakçıları maraqlandırmalıdır.  Küçədə, yol kənarlarında üstüaçıq şəkildə insanlara təqdim olunan bu qidaların antisanitariya qaydalarına nə qədər uyğun olması da şübhə doğurur.

 

 

Bununla bağlı Sfera.az-a açıqlama verən “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib ki, ölkədə ərzaq istehsalı ilə məşğul olan, onu əkən, biçən, anbarda saxlayan, daşıyan, satışa çıxaran, yəni istehsaldan “istehlakçının masası”na qədər bütün qida zəncirinə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) öz əsasnaməsinə görə nəzarət etməlidir:

 

 

“Bütün hallarda bütün qidalar soyuq zəncir üzrə hərəkətdə olmalıdır. Yəni soyuq zənciri AQTA həyata keçirməlidir. Agentlik bir neçə ildir yaranıb, biz gözləyirik ki, bu soyuq zəncir Azərbaycanda tam tətbiq olunsun, hələ də qeyd etdiyiniz hallar mövcuddur. Yalnız AQTA zəncirin müxtəlif halqalarına gedir, orada, guya, monitorinq aparır, onları müəyyən rüsum qarşılığında agentliyin reyestrinə daxil edir, vəssalam...Bundan sonra vəziyyət başlı-başına buraxılır. Bu baxımdan AQTA-ya inam da yoxdur”.

 

Müsahibimiz bildirib ki, zəhərlənmələri və digər bu kimi mənfi hadisələri görən insanların sözügedən quruma güvənləri itir:

 

“Vətəndaşlar problem olan zaman isə "1003" qaynar xəttinə zəng vururlar, agentliyin əməkdaşları məsələni dərhal araşdırmır və.s. İnam olmadığı üçün insanlar gözləri qarşısında kəsilən ətləri almaq istəyirlər. Digər problem isə qanunvericiliklə bağlıdır. Ölkədə istehlakçı siyasəti ilə biznes inkişafı siyasəti qətiyyən uyğun deyil. Biznes siyasəti birtərəfli qaydada inkişaf etdirilir, ancaq istehlakçı hüquqları arxa planda qalır. 1995-ci ildə “İstehlakçıların Müdafiəsi” haqqında qanun qəbul edilib, o vaxtdan bəri bu, dəyişmir. Ancaq istehlakçının əleyhinə olan maddələr yaranır. Dəfələrlə müvafiq qurumlarda görüşlər keçirmişəm ki, bu məsələni həll etmək lazımdır. 1995-ci ildə qəbul olunmuş qanun çox köhnəlib. İstehlakçı siyasəti bərbad vəziyyətdədir. Ona görə də harada, necə gəldi qidaların satışı halları mövcuddur. Təsadüfü deyil ki, bütün bunlara görə, Azərbaycan uzun müddətdir, ÜST-ün uzunömürlülər siyahısında 190 ölkə arasında 115-ci yerdədir.  Bunlar da qidalarda olan problemlərdən qaynaqlanır. AQTA media, ictimai təşkilatlarla fəal iş aparmalı, insanları maarifləndirməlidir”.

 

 

Digər müsahibimiz qida məsələləri üzrə mütəxəssis Ağa Salamov deyib ki, küçələrdə açıq havada satılan qidalar çox risklidir:

 

 

“Həmin qida məhsulları hava damcı yolu ilə gələn virus və bakteriyalara açıqdır. Saatlarla mühit temperaturunda qalan riskli qidalar hər saatda milyonlarla bakteriyaların çoxalması nəticəsində çirklənməyə məruz qalır. Bu da istehlakçıların zəhərlənməsinə səbəb olur. Ona görə də küçə satışı zamanı diqqət edilməli olan məqamlar var. İlk növbədə satış nöqtələri soyuducularla təchiz olunmalıdır. Əgər meyvə və tərəvəz yeridirsə, vətəndaş orada riskli qida da satmaq istəyirsə, soyuducu təchiz edilməklə ət, balıq, toyuq və.s sata bilər. Amma bu qidaların daşınması, saxlanması xüsusilə nəzarətdə olmalıdır”.

 

Mütəxəssis bildirib ki, meyvə və tərəvəzlər isə açıq havada satıla bilər:

 

 

“Burada risk olmadığına görə, maksimum məhsul çürüyə bilər. Bunun üçün də uzun müddət lazımdır. Lakin satış nöqtələrində həmin meyvə və tərəvəzlərin sərin temperaturda saxlanması yaxşı olardı. Çox zaman görürük ki, maşınların arxasında qarpız satılır, amma örtülü yerdə, Günəş şüalarından uzaqda olur. Ancaq saatlarla, günlərlə yemiş, qarpız və digər bu kimi qidaların üzərinə Günəş şüaları düşürsə, o zaman problem yarana bilər.  Meyvə-tərəvəzin kimyəvi tərkibində dəyişikliyin baş verməsi, bunun da zəhərlənmə ilə nəticələnməsi mümkündür. Ona görə də, belə qidalar sərin temperaturda saxlanmalıdır”.

 

Sfera.az-ın əməkdaşı isə sözügedən açıq hava satış nöqtələrindən fotoreportaj hazırlayıb. Həmin görüntüləri təqdim edirik:

 

Günay Rəsulqızı

Fotolar: Anar Bayramlı


OXŞAR XƏBƏRLƏR

Bu il 190 minə yaxın rusiyalı ordu ilə müqavilə BAĞLADI

2024-cü ildə Rusiya Federasiyasının 190 minə yaxın vətəndaşı Müdafiə Nazirliyi ilə müqavilə bağlayıb.   Sfera.az xəbər verir ki, bunu Rusiya Təhlükəs...

Azərbaycanlı müğənni əməliyyat olunacaq: "Böyrəklərimdə..." - FOTO

Müğənni Elşad Qarayev əməliyyat olunacaq.   Sfera.az axşam.az-a istinadən bildirir ki, sənətçi bu haqda "Xəzər axşamı" proqramında deyib. O...

Məşhur müğənni xərçəngə tutuldu- FOTO

Rok musiqisinin məşhur adlarından biri, 4 dəfə Grammy mükafatının sahibi “Heart” qrupunun solisti Enn Uilson xərçəng xəstəliyinə tutulub.   ...

Putin: "Trampın Ukraynada sülh ilə bağlı bəyanatlarını ciddi qəbul edirik"

Rusiya ABŞ-nin keçmiş prezidenti Donald Trampın Ukraynadakı münaqişəni dayandırmaq istəməsinə ciddi yanaşır.   Sfera.az xəbər verir ki, bunu Rusiya p...

Moldova hökuməti İrəvan-Kişinyov avisreysləri üçün ciddi tələblər müəyyən etdi

Ermənistanın “Flyone-Armenia” aviaşirkəti İrəvandan Moldovaya uçan təyyarənin sərnişinləri barədə məlumatı qarşı tərəfə verməlidir.   Sfe...

Putin: "Taliban terrorla mübarizədə bizim müttəfiqlərimizdir"

Taliban hərəkatı Əfqanıstanda hakimiyyətə nəzarət edir.   Sfera.az xəbər verir ki, bu barədə o, Astanada Şanxay Əməkdaşlıq Təşkilatı sammitindən sonr...