SOCAR Azərbaycandan Bolqarıstana qaz ixracını MÜZAKİRƏ ETDİ

SOCAR Azərbaycandan Bolqarıstana qaz ixracını MÜZAKİRƏ ETDİ

Azərbaycandan Bolqarıstana qaz ixracı müzakirə olunub.

 

Sfera.az-ın Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi məlumata görə, bu müzakirələr bu gün SOCAR prezidenti Rövşən Nəcəf Bolqarıstanın energetika naziri Vladimir Malinov arasında keçirilən görüşdə aparılıb.

 

Bildirilib ki, görüşdə Azərbaycan ilə Bolqarıstan arasında enerji sektorunda əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, Cənub Qaz Dəhlizinin Avropanın, o cümlədən Bolqarıstanın enerji təhlükəsizliyindəki rolu qeyd olunub.

 

Bu xüsusda, ötən ay SOCAR-ın Bolqarıstanda sənaye müəssisələrinə təbii qaz tədarükünə başlamasından məmnunluq ifadə edilib, həmçinin SOCAR-ın Bolqarıstanda ofisinin açılmasının ölkələrimizin enerji sektorunda əlaqələrinin inkişafı baxımından əhəmiyyəti qeyd olunub.

 

Söhbət zamanı enerji sahəsində əməkdaşlığın cari vəziyyəti və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR

Ayxan Hacızadə: "Ölkə rəhbərinin ŞƏT-in Zirvə görüşündə iştirakı Azərbaycana və Prezidentimizə yüksək ehtiramı göstərir"

Ölkə rəhbərinin Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə fəxri qonaq qismində artıq ikinci dəfə iştirak etməsi Azərbaycana və Prezidentimizə olan yüksək e...

Si Cinpin Azərbaycan Prezidentini Çinə dövlət səfərinə DƏVƏT ETDİ

Astanada Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçiriləcək Zirvə toplantısına, eyni ...

Astanada nümayəndə heyətlərinin başçılarının şərəfinə qeyri-rəsmi şam yeməyi VERİLDİ

İyulun 3-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında iştirak edən nümayəndə heyətlərinin başçılarının şərəfinə Qazaxıstan Respublikasının Pre...

Astanada Azərbaycan - Türkiyə - Pakistan arasında üçtərəfli görüş KEÇİRİLDİ - YENİLƏNDİ - 2

İyulun 3-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasın...

İlham Əliyev: "Azərbaycan artıq Çinin 6 şəhərində ticarət evi açıb"

Azərbaycan artıq Çinin 6 şəhərində ticarət evi açıb, bununla da Çin bazarında öz məhsullarını təşviq etməyə çalışır. Həmçinin biz Çin Xalq Respublikasından Azər...

XİN: "Azərbaycanla Rusiya arasında qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq mövcuddur"

Azərbaycanla Rusiya arasında qarşılıqlı hörmət və etimada əsaslanan hərtərəfli və bərabərhüquqlu əməkdaşlıq əlaqələri mövcuddur.   Sfera.az xəbər ver...