Pərviz Şahbazov Pakistanın neft naziri və “Saipem” şirkəti ilə GÖRÜŞDÜ

Pərviz Şahbazov Pakistanın neft naziri və “Saipem” şirkəti ilə GÖRÜŞDÜ

Energetika naziri Pərviz Şahbazov İtaliyanın Milan şəhərində keçirilən Dünya Enerji Konqresi çərçivəsində Pakistanın neft üzrə dövlət naziri Musadik Malik və İtaliyanın “Saipem” şirkətinin baş icraçı direktoru və baş meneceri Alessandro Puliti ilə görüşlər keçirib.

 

Sfera.az-ın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, Pakistanın neft üzrə dövlət naziri Musadik Malik ilə görüşdə iki ölkə arasında yüksək səviyyəli münasibətlərdən məmnunluq ifadə edilib. Enerji sahəsində əməkdaşlığın inkişafında Enerji üzrə Birgə İşçi Qrupunun fəaliyyətindən bəhs edilib. Pakistana uzunmüddətli LNG təchizatı üzrə imzalanmış müqavilənin icrası, eləcə də COP29 çərçivəsində əməkdaşlıq və qlobal enerji keçidini təmin edən məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

 

“Saipem” şirkətinin baş icraçı direktoru və baş meneceri Alessandro Puliti ilə görüşdə isə şirkətlə mövcud əməkdaşlıq əlaqələrinin inkişafı müzakirə edilib. Şirkətin fəaliyyətində bərpa olunan enerji sahəsinə, xüsusilə dənizdə külək enerjisinə istiqamətlənməsi və Azərbaycanın Xəzər dənizində külək enerjisinin inkişaf etdirməsi, “yaşıl enerji dəhliz”lərinin həyata keçirməsi kontekstində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Söhbət zamanı şirkətin dənizdə külək enerjisi üzrə dəniz obyektlərinin quraşdırılması ilə bağlı fəaliyyət və planlarını əks etdirən təqdimat nümayiş etdirilib.


OXŞAR XƏBƏRLƏR

Minaya düşən Həsənəli magistrant oldu

Bu il fevralın 4-də Tərtər rayonu Qızıloba kəndi ərazisində heyvanları örüş sahəsindən gətirərkən minaya düşən və sol ayağı topuqdan amputasiya olunan Həsənəli ...

Bayden Trampla olan debatı barədə: "Komandamı dinləmədim, az qala..."

ABŞ Prezidenti Co Bayden günlər sonra Trampla olan debatından və buradakı zəif performansından danışıb.   Sfera.az bildirir ki, Virciniya ştatının Ma...

Sus kəndində ilk körpə dünyaya gəldi - FOTO

Laçın rayonunun işğaldan azad edildikdən sonra yenidən salınmış Sus kəndində ilk körpə dünyaya gəlib.   Sfera.az-ın məlumatına görə, körpənin validey...

Azərbaycanda geoparklar yaradılacaq

Azərbaycanda ilk dəfə olaraq yeni növ beynəlxalq statuslu xüsusi mühafizə rejimli ərazilərin-geoparkların yaradılması və ölkəmizin YUNESKO-nun Qlobal Geoparklar...

AVRO-2024: 1/4 final mərhələsinin ilk iki görüşünün hakimləri açıqlandı

Almaniyada keçirilən Avropa çempionatının 1/4 final mərhələsinin ilk iki görüşünün hakimləri açıqlanıb.   Sfera.az xəbər verir ki, İspaniya və Almani...

"İranın yeni prezidenti o olacaq, çünki Xamenei onu seçib" - ŞƏRH + FOTO

"İranda keçiriləcək ikinci tur prezident seçkilərinin nəticələrini indidən bilmək olar. Bu, Ali Dini rəhbər Seyid Əli Xameneinin müşaviri və dəstək ve...