“Qırmızı Ürəklər” könüllülərinin iştirakı ilə Xəzərin Bilgəh sahili tullantılardan təmizlənib

“Qırmızı Ürəklər” könüllülərinin iştirakı ilə Xəzərin Bilgəh sahili tullantılardan təmizlənib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən “Təmiz ölkəm” təmizlik aksiyası çərçivəsində bu dəfə Xəzərin Bilgəh sahili tullantılardan təmizlənib. "Qırmızı Ürəklər" Fondunun könüllülərinin də iştirak etdiyi aksiyada sahil zolağından 1200 kiloqram həcmində plastik və digər məişət tullantıları toplanıb.

 

Bir çox şirkətin qatıldığı təmizlik aksiyasının keçirilməsində əsas məqsəd Xəzərin sahilyanı ərazilərinin tullantılardan təmizlənməsi ilə yanaşı, bu təşəbbüsə daha çox iştirakçı cəlb etməklə ətraf mühitin qorunması istiqamətində maarifləndirmə və təbliğat işlərini gücləndirməkdir.

 

Fəaliyyət istiqamətlərindən biri də ətraf mühitin mühafizəsi olan "Qırmızı Ürəklər" Fondu hər zaman bu kimi layihələrdə yer almaqla cəmiyyətdə təbiətə qarşı həssaslığı artırmağa, könüllülərinin timsalında insanları ekologiyanın qorunmasına səsləyir. Ətraf mühitin mühafizəsində yaxından iştirak etmək, eləcə də bu kimi layihələrdə hər zaman tərəflərdən biri olmaq Kapital Bank-ın korporativ sosial məsuliyyət strategiyasının bir hissəsidir və bankın bu istiqamətdə fəaliyyəti davam edir.

 

“Red Hearts”- "Qırmızı Ürəklər" Fondu 2019-cu ildə "Kapital Bank" ASC-nin könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün //redhearts.az saytına daxil olmaq kifayətdir.


OXŞAR XƏBƏRLƏR

Minaya düşən Həsənəli magistrant oldu

Bu il fevralın 4-də Tərtər rayonu Qızıloba kəndi ərazisində heyvanları örüş sahəsindən gətirərkən minaya düşən və sol ayağı topuqdan amputasiya olunan Həsənəli ...

Bayden Trampla olan debatı barədə: "Komandamı dinləmədim, az qala..."

ABŞ Prezidenti Co Bayden günlər sonra Trampla olan debatından və buradakı zəif performansından danışıb.   Sfera.az bildirir ki, Virciniya ştatının Ma...

Sus kəndində ilk körpə dünyaya gəldi - FOTO

Laçın rayonunun işğaldan azad edildikdən sonra yenidən salınmış Sus kəndində ilk körpə dünyaya gəlib.   Sfera.az-ın məlumatına görə, körpənin validey...

Azərbaycanda geoparklar yaradılacaq

Azərbaycanda ilk dəfə olaraq yeni növ beynəlxalq statuslu xüsusi mühafizə rejimli ərazilərin-geoparkların yaradılması və ölkəmizin YUNESKO-nun Qlobal Geoparklar...

AVRO-2024: 1/4 final mərhələsinin ilk iki görüşünün hakimləri açıqlandı

Almaniyada keçirilən Avropa çempionatının 1/4 final mərhələsinin ilk iki görüşünün hakimləri açıqlanıb.   Sfera.az xəbər verir ki, İspaniya və Almani...

"İranın yeni prezidenti o olacaq, çünki Xamenei onu seçib" - ŞƏRH + FOTO

"İranda keçiriləcək ikinci tur prezident seçkilərinin nəticələrini indidən bilmək olar. Bu, Ali Dini rəhbər Seyid Əli Xameneinin müşaviri və dəstək ve...