Bu qərar benzinlə işləyən avtomobillərə tələbi yüksəldəcək - TƏHLİL

Bu qərar benzinlə işləyən avtomobillərə tələbi yüksəldəcək - TƏHLİL

Tarif Şurasının bu gündən qüvvəyə minən yeni qərarına əsasən, dizel yanacağının qiyməti 20 qəpik, “Aİ-92” markalı avtomobil benzinin qiyməti 10 qəpik artırıldığı halda “Aİ-95” markalı benzinin qiyməti 40 qəpik endirildi. Qiymətlərdəki dəyişiklikdən görünür ki, bu qərarla hər üç yanacaq növü arasında kəskin fərq xeyli azaldılıb.

 

Sfera.az xatırladır ki, bu qərara qədər “Aİ-95” markalı benzin “Aİ-92” benzinindən bir manat və ya 2 dəfə, dizel yanacağından 1,2 manat, yaxud 2,5 dəfə yüksək idi. Yeni qərardan sonra “Aİ-95” markalı benzinin qiyməti “Aİ-92” benzinindən 50 qəpik (1,45 dəfə), dizel yanacağından 60 qəpik (1,6 dəfə) yüksək olacaq.

 

“Aİ-95” markalı benzinin qiyməti ilə digər yanacaq məhsullarının qiyməti arasındakı kəskin fərqin aradan qaldırılması yüksək keyfiyyətli yanacağın istehlakını artıracaq. Azərbaycanın qarşısında duran əsas məqsədlərdən biri avtomobillərdən atmosfer havasına atılan çirkləndirici maddələrin miqdarının azaldılmasıdır. Bunun üçün köhnə avtomobillərin sayı azaldılmaqla yanaşı, ekoloji cəhətdən təmiz yanacaq növlərindən istifadə də artırılmalıdır.

 

Texniki baxımdan ən təmiz yanacaq növü elektrik enerjisi hesab olunur. Ondan sonra isə “Aİ-95” markalı benzin və sıxılmış maye qaz ekoloji cəhətdən təmiz yanacaq növləri qrupuna aid edilir.

 

“Aİ-92” benzini və dizel yanacağı isə daha zərərli yanacaqlar qrupuna aiddir. Xüsusən dizel yanacağının ətraf mühitə vurduğu zərərin miqdarı olduqca yüksəkdir. Dizel daha ucuz olduğundan avtomobil həvəskarları bu yanacaq növü ilə işləyən avtomobillərə meyillənirdilər. Hökumətin yeni qərarı dizel avtomobillərinə marağı azaldacaq və tədricən benzinlə işləyən avtomobillərə tələbi yüksəldəcək. Lakin bu, uzunmüddətli dövrdə baş verəcək. Qısa müddətdə isə benzinlə işləyən avtomobillərdə “Aİ-95” yanacağına tələb güclənəcək.

 

Azərbaycan hazırda avtomobil yanacaqları arasında daha çox “Aİ-92” benzini istehsal edir. Çünki bu yanacağa tələb güclüdür. Qiymətlər arasındakı kəskin fərqin aradan qaldırılmasından sonra “Aİ-95” benzininə tələb də artacaq. Azərbaycan “Aİ-95” benzininin istehsalına başlayıb və böyük ehtimalla istehlak artdıqca həmin məhsulun istehsalı bir qədər də artacaq.

 

“Aİ-95” istehlakının artmasında qiymətlərin əlverişli olmasının böyük təsiri olacaq. Qiymətlər əlverişli olduqda avtomobil sahibləri daha çox “Aİ-95” alırlar. Bunu 2021 və 2023-cü illərin idxal göstəriciləri də təsdiqləyir. 2021-ci ildə “Aİ-95” benzinin qiyməti 1,6 manat idi və xaricdən 147,4 min ton benzin idxal edilmişdi. 2022-ci ildən “Aİ-95”in qiyməti 2 manata qaldırıldı və 2023-cü ildə idxal 86 min tona düşdü.

 

Bu müqayisə göstərir ki, qiymətlərin yüksək olması “Aİ-95” benzinin istehlakını azaldırdı. Yeni qiymətlərin tətbiqi bu benzinin istehlakının artmasına stimul verəcək.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Minaya düşən Həsənəli magistrant oldu

Bu il fevralın 4-də Tərtər rayonu Qızıloba kəndi ərazisində heyvanları örüş sahəsindən gətirərkən minaya düşən və sol ayağı topuqdan amputasiya olunan Həsənəli ...

Bayden Trampla olan debatı barədə: "Komandamı dinləmədim, az qala..."

ABŞ Prezidenti Co Bayden günlər sonra Trampla olan debatından və buradakı zəif performansından danışıb.   Sfera.az bildirir ki, Virciniya ştatının Ma...

Sus kəndində ilk körpə dünyaya gəldi - FOTO

Laçın rayonunun işğaldan azad edildikdən sonra yenidən salınmış Sus kəndində ilk körpə dünyaya gəlib.   Sfera.az-ın məlumatına görə, körpənin validey...

Azərbaycanda geoparklar yaradılacaq

Azərbaycanda ilk dəfə olaraq yeni növ beynəlxalq statuslu xüsusi mühafizə rejimli ərazilərin-geoparkların yaradılması və ölkəmizin YUNESKO-nun Qlobal Geoparklar...

AVRO-2024: 1/4 final mərhələsinin ilk iki görüşünün hakimləri açıqlandı

Almaniyada keçirilən Avropa çempionatının 1/4 final mərhələsinin ilk iki görüşünün hakimləri açıqlanıb.   Sfera.az xəbər verir ki, İspaniya və Almani...

"İranın yeni prezidenti o olacaq, çünki Xamenei onu seçib" - ŞƏRH + FOTO

"İranda keçiriləcək ikinci tur prezident seçkilərinin nəticələrini indidən bilmək olar. Bu, Ali Dini rəhbər Seyid Əli Xameneinin müşaviri və dəstək ve...