Elektrikli avtomobillər daha tez xarab olur - Əsas səbəb nədir?

Elektrikli avtomobillər daha tez xarab olur - Əsas səbəb nədir?

ABŞ-nin kompüter, qadcet və həyat tərzi üzrə ixtisaslaşmış “The Verge” saytı “JD Power” şirkətinin tədqiqatçılarına istinadən elektrikli avtomobillərin əsas probleminin adını açıqlayıb.

 

Sfera.az xəbər verir ki, elektrik avtomobillərinin nasazlığı daha çox proqram təminatı ilə bağlıdır. Analitiklər elektromobillərin, hibrid avtomobillərin və daxili yanma mühərrikli avtomobillərin xarab olma hallarını araşdırıblar.

 

Təmir və servis məlumatlarına əsasən məlum olub ki, elektrik avtomobilləri və “plug”in hibridləri, hər bir parametri - istər mühərrik, istər şassi, istərsə də yanacaq komponentləri baxımından daxili yanma mühərrikləri olan avtomobillərdən daha tez xarab olur. Sorğunun nəticələrinə görə, 100 benzin və dizellə işləyən avtomobilə 180 təmir faktı düşdüyü halda 100 elektrik avtomobilinə 266 təmir faktı qeydə alınıb. Toplanmış məlumatlar əsasında ekspertlər elektrik nəqliyyatının əsas problemini proqram təminatını ilə əlaqələndiriblər:

 

“Demək olar ki, həmişə problemlər elektronika ilə bağlı yaranır. Proqram təminatı ilə bağlı problemlər yaranarsa problem daha yüksək texniki səviyyədə düzəldilməlidir. Müasir elektrik avtomobilləri “təkərli kompüterlər”dir. Ekoloji cəhətdən elektromobillər təmiz olsa da onların təmir xərcləri daha yüksəkdir”.

 

Vasif

 

 


OXŞAR XƏBƏRLƏR

Jurnalistlər Füzuli və Xocavəndədə - FOTOREPORTAJ

Füzuli və Xocavənd rayonlarına yerli jurnalistlər üçün mediatur təşkil olunub.   Sfera.az xəbər verir ki, jurnalistlər əvvəlcə Füzuli şəhərində yeni...

Türkiyədə inflyasiya sürəti azalmağa BAŞLADI - Son səkkiz ayda...

Türkiyədə illik inflyasiya sürətində son səkkiz ayda ilk dəfə olaraq azalma başlayıb.   Sfera.az Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəb...

"BakuBus" yeni marşrut xəttini istifadəyə verdi

"BakuBus" MMC 140 E nömrəli yeni müntəzəm marşrut xəttini istifadəyə verib.   Sfera.az şirkətə istinadən xəbər verir ki, avtobuslar 10 dəqi...

Azərbaycanda bu bahalı əməliyyatlar ÖDƏNİŞSİZ OLACAQ - RƏSMİ AÇIQLAMA

Beyin şişləri həm beyin toxumasının, həm də onun damarlarının, qişalarının, sinirlərinin, endokrin strukturlarının onkoloji zədələnmələrinin daxil olduğu k...

Prezident Qazaxıstanın Astana şəhərində SƏFƏRDƏDİR

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sədri statusunda Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə ŞƏT-in Zirvə toplantısında iştirak...

Putin Qazaxıstanda səfərdədir - ŞƏT-in iclasında İŞTİRAK EDƏCƏK

Rusiya Prezidenti Vladimir Putin Qazaxıstanın paytaxtı Astanaya səfər edib.   Sfera.az bildirir ki, o, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Ba...