Azərbaycanda qadınların pensiya yaşı ARTIRILDI

Azərbaycanda qadınların pensiya yaşı ARTIRILDI
Kateqoriya məlum deyil
T

Bu gündən qadınların pensiya yaşı artırılıb. Yeni tələbə əsasən, qadınların yaşa görə pensiyaya çıxa bilməsi üçün yaş həddi 64 olmalıdır.

 

Sfera.az xəbər verir ki, “Əmək pensiyaları haqqında” Qanuna görə, 2024-cü ilin iyulun 1-dən qadınların yaşı 64 olduqda yaşa görə pensiyaya çıxmaq hüququ qazanırlar.

 

Adıçəkilən qanunda qeyd edilir ki, 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-cı ilin iyulun 1-nə qədər qadınların pensiya yaşı hər il 6 ay artırılır. 2017-ci ildə qadınlar 60 il 6 ayında pensiyaya çıxırdı. Ötən müddətdə qadınların pensiya yaşı üç il altı ay artırılıb.

 

Qadınların pensiyaya çıxma yaşı 2025-ci ilin iyulun 1-də 64 il 6 aya, 2026-cı ilin iyulun 1-dən sonrakı bir il ərzində isə tədricən 65 yaşa çatacaq.

 

Qadınların pensiya yaşının artırılması yaşa görə pensiya çıxanların sayının artım sürətini azaldır.

 

Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR