Benzin ucuzlaşdı - SOCAR RƏSMİ MƏLUMAT YAYDI

Benzin ucuzlaşdı - SOCAR RƏSMİ MƏLUMAT YAYDI

SOCAR-ın emal kompleksində istehsal olunan məhsulları Avro-5 standartlarına çatdırmaq məqsədilə Heydər Əliyev adına neft emalı zavodunda (NEZ) aparılan yenidənqurma və modernizasiya işlərinin ilkin mərhələsi üzrə işlər tamamlanmaq üzrədir.

 

Sfera.az xəbər verir ki, layihənin dizel və benzin istehsalı qurğularının inşası üzrə işlər yekunlaşıb, bir sıra ümumzavod təsərrüfatı qurğuları, texnoloji qurğular istismara verilib. Görülmüş işlər nəticəsində NEZ-də istehsal olunan Aİ-92 və Aİ-95 markalı avtomobil benzinləri artıq Avro-5 standartlarına çatdırılıb.

 

Bununla da 2014-cü ildən hazırkı vaxtadək ölkədaxili tələbatı beynəlxalq qiymətlərlə idxal hesabına təmin olunan Aİ-95 markalı avtomobil benzini daxili istehsal hesabına təmin ediləcəkdir.

 

Avro-5 keyfiyyət göstəricilərinə uyğun daxili istehsal olunan Aİ-95 markalı avtomobil benzininin 1 litrinin qiymətinin 15 iyul 2024-cü il tarixindən bazarın konyukturasına uyğun olaraq, 40 qəpik ucuzlaşaraq 1.60 manat olması nəzərdə tutulub.


OXŞAR XƏBƏRLƏR

Türkiyə vətəndaşı Azərbaycanda böyük kapitalla yeni şirkət YARATDI

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Mach Havacılık" MMC-ni dövlət qeydiyatına alıb. Sfera.az xəbər verir ki, yeni şirkətin h...

Miкayıl Müşfiq küçəsinin bir hissəsi təmir olunur - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Yasamal rayonunun Miкayıl Müşfiq küçəsində (İsmayıl bəy Qutqaşınlı küçəsindən Mətbuat prospektinə qədər) t...

Hindistanda dini mərasimdəki sıxlıq zamanı 107 nəfər ÖLDÜ

Hindistanın Uttar-Pradeş ştatındakı dini mərasim zamanı yaranmış sıxlıq nəticəsində 107 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə “...

"Seçki məntəqələrinin yeni sədrlərinə nəzarət etmək lazımdır" - MSK sədri

Seçki məntəqələrinin yeni sədrlərinə nəzarət etmək lazımdır. Seçkilər zamanı müşahidəçilərə maneçilik yaradan hal olmamalıdır.   Sfera.az-ın xəbərinə...

Kremldən Viktor Orbanın Ukrayna səfərinə REAKSİYA: "Ehtiyac duymuruq..."

Macarıstanın Baş naziri Viktor Orban Kiyevə səfər edib. Bu barədə Orbanın mətbuat katibi Bertalan Havaşi məlumat yayıb. “Macarıstan Baş naziri Viktor Orba...

"Putinlə müzakirə edilməli məsələlər var" - Lukaşenko

Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə danışmaq istəyir.   Sfera.az bildirir ki, bu barədə “TASS” agent...