Əhalinin banklara nə qədər borcu var? - STATİSTİKA

Əhalinin banklara nə qədər borcu var? - STATİSTİKA

Azərbaycanda əhalinin banklara 14,55 milyard manatdan çox borcu var. 


Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, bir il əvvəl əhalinin banklara 11,96 milyard manat borcu var idi. Son bir ildə borc məbləği 2,6 milyard manata yaxın artıb. 


Əhali banklardan əsasən istehlak məqsədilə borc alır. Ümumi borcun 11,37 milyard manatı istehlak xərclərinin ödənilməsinə görə yaranıb. 


Borcun 3,19 milyard manatı isə sahibkarlıq fəaliyyəti üçün alınıb. 


Son 5 ilin təhlili göstərir ki, əhali biznes məqsədilə aldığı borcları daha sürətlə artırıb. 


2020-ci ildə sahibkarlıq üçün yaranan borc 847 milyon manat olduğu halda hazırda bu borcun məbləği 3,8 dəfə çoxdur. 


İstehlak məqsədilə alınan borclar isə son 5 ildə iki dəfə artıb. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Pərviz Şahbazov Pakistanın neft naziri və “Saipem” şirkəti ilə GÖRÜŞDÜ

Energetika naziri Pərviz Şahbazov İtaliyanın Milan şəhərində keçirilən Dünya Enerji Konqresi çərçivəsində Pakistanın neft üzrə dövlət naziri Musadik Malik və İt...

Bu xəstəxananın direktoru vəzifəsindən AZAD EDİLDİ

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Faiq Abdullayev tutduğu vəzifəsindən azad edilib.   Sfera.az report-a istinadən x...

Bu küçədə avtomobillərin hərəkəti MƏHDUDLAŞDIRILACAQ - XƏBƏRDARLIQ!

Bu gündən Bakının Yasamal rayonunun Miкayıl Müşfiq küçəsində (İsmayıl bəy Qutqaşınlı küçəsindən Mətbuat prospektinə qədər) aparılan əsaslı təmir işləri ilə əlaq...

COP29-un prezidenti Klaver Qatete ilə GÖRÜŞDÜ

COP29-un prezidenti Muxtar Babayev BMT-nin Afrika İqtisadi Komissiyasının icraçı katibi Klaver Qatete ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barə...

Filippinin yeni səfirinin etimadnaməsi QƏBUL EDİLDİ - YENİLƏNDİ

Prezident İlham Əliyev iyulun 1-də Filippin Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Henri Jr. Bensurtonun etimadnaməsin...

İlham Əliyev: "Sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir"

28 illik bir dövrdə razılaşdırıla bilməyən məsələlərinin 1-2 ilə həll edilməsi çətindir.   Sfera.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İl...